• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-03-2020, 11:56

"Azərbaycan iqtisadiyyatı dünyada baş verən neqativ iqtisadi meyillər fonunda dayanıqlıq nümayış etdirir" - Politoloq

"Azərbaycan iqtisadiyyatı dünyada baş verən neqativ iqtisadi meyillər fonunda dayanıqlıq nümayış etdirir" - Politoloq

Son günlər dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə OPEK + ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftn qiyməti kəskin şəkildə aşağı düşüb. Dünya maliyyə bazarında baş verən prosesləri rəsmi Bakı da diqqətlə izləyir.

Nyus.Az xəbər verir ki, bunu Trend-ə politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, ötən gün Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olundu: "Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət, dünya bazarında xam neftin qiymətinin aşağı düşməsi və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Xüsusi qeyd etmək lazımdır ki, müşavirədə Azərbaycan hökumətinin dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək gözlənilməz iqtisadi tendensiyaların ölkə iqtisadiyyatında mənfi təsirlərinin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planının malik olduğu qeyd olunub.

Hökumətdə neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsidir. Buna görə də, gözlənilməz ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək. Əsas məqam ondan ibarətdir ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir, iqtisadiyyatimiz inkişaf edir, ölkənin mailyyə imkanları daha da genişlənir.

Bu gün ölkə iqtisadiyyatının 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlı olduğunu qeyd edə bilərik. Ötən dövr ərzində ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb. Bu gün ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dolları həcmindədir. Bu, ÜDM-in həcmini 8%-dən çox üstələyir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 17%-dir. Qeyd edək ki, bu, dünyada ən aşağı göstəricilərdən biri hesab olunur".

Politoloq vurğulayıb ki, Azərbaycanda iqtisadi inkişafın dayanıqlığın təmin olunması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır:

"Ötən illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam etdirilir. Belə ki, cari ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8 artıb. İnflyasiya isə cəmi 2,8% təşkil etmişdir. Ölkəmizdə həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəyini söyləmək olar.

Dünyanın neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik "yastığı" mövcuddur.

Ötən ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötüb, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyib. Qeyd etmək lazımdır ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Nazirlər Kabinetində müşavirədə xüsusi vurğulanıb ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Lakin bununla yanaşı, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görülməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdirilməsi zəruridir. Milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsinin tətbiqi də nəzərdən keçirilə bilər. Bu cür böhranlı vəziyyətlərdə büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması çox önəmlidir.

Azərbaycan hökuməti qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə edə bilər. Azərbaycanda dünya bazarındakı qiymətlərdəki vəziyyəti yaxından izləyirlər.

Qeyd olunanlarla yanaşı, istehlak bazarına ciddi nəzarət edilməsinə diqqət artırılmalıdır. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az