• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-02-2020, 09:42

Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir

Heyvanlar arasında ünsiyyətin qanunauyğunluğu tədqiq edilir

Fransız və italyan alimləri müəyyən ediblər ki, Afrika pinqvinlərinin (eynəkli pinqvinlər) səs siqnalları insan nitqində olan qanunlara tabedir. Daha əvvəl Britaniya alimləri şimpanzelərdə jestikulyasiyanı öyrənərkən oxşar nəticəyə gəliblər. Rusiyalı bioloqların məlumatına görə, afalinlərin səs siqnallarının quruluşu söz yaradıcılığını xatırladır.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya primatoloqları 2014-cü ildə Uqandada vəhşi şimpanzeləri müşahidə edərkən onlarda 66 jest ayırıblar. Bu jestlərlə heyvanlar bir-birinə "çəkil", "bəsdir", "arxamca gəl" kimi informasiya siqnallarını ötürüblər. Meymunlar həmcinsinə nəsə "demək" üçün onun diqqətini cəlb etməyə çalışıb. Beş il sonra Roehampton universitetinin alimləri şimpanzedə 2000-dək jesti təsvir edərək belə qənaətə gəliblər ki, bu kommunikasiya sistemi də insan nitqi kimi linqvistikanın qaydalarına tabedir. Belə ki, təbii dillərdə daha qısa sözlər tez-tez işlənir - meymunlar üçün də bu və ya digər jestə üstünlük verməsi onun uzunluğundan asılı idi. Yaxud uzun dil vahidləri daha qısa elementlərdən ibarətdir. Məsələn, dillərdə söz uzun olduqca, onun təşkil olunduğu hecalar qısa olur. Meymunların mürəkkəb jesti də qısalar üzərində qurulub. Nəticədə 873 ayrıca jest müəyyən edilib, qalanları isə düzəltmə olub. Ən uzun ardıcıllıq 45 jestdən ibarət olub.

Bu yaxınlarda məlum olub ki, Cənubi Afrika Respublikası və Namibiyanın sahillərində yaşayan eynəkli pinqvinlərin vokal ünsiyyəti də linqvistika qanunlarına tabedir.

Beynəlxalq alim qrupu İtaliyanın bir neçə zooparkında 28 növ eynəkli pinqvinin 590 "mahnısını" qeydə alıb. Sonra əldə edilən nümunələr qısa (A), uzun (B) və aralıq (C) növünə ayrılıb. Daha çox A, ən az B növdən istifadə edilib.

Rusiya Elmlər Akademiyasının P.Şirşov adına Okeonologiya İnstitutunun Dəniz məməliləri laboratoriyasının elmi işçisi Aleksandr Aqafonov bildirir ki, bütün bunlar heç də heyvanların insanlar kimi ünsiyyət saxlaması demək deyil. Pinqvinlərə gəldikdə isə həmin tip siqnallar digər quşlarda olduğu kimi, onlarda da çox deyil. Buna görə də pinqvinlərin insanlar kimi bir-birilə "danışması" barədə fikir söyləməyinə dəyməz. Əgər "heyvanların dili" insan nitqi ilə analogiya edilərsə, ona daha çox afalin delfinlərin kommunikativ sistemi oxşardır. Onlarda impulsların ardıcıllığını göstərən mürəkkəb modullaşmış siqnallar çoxdur. Afalinlərdə bir neçə tip siqnal var. Bunlardan birincisi özünəməxsis yüksəktezlikli fit səsidir ki, bununla həmin heyvanlar bir-birini, habelə digərlərinin harada olduğunu müəyyənləşdirir. Hər belə siqnal fərdidir ki, bu da delfinin özünəməxsus "avtoqrafıdır". Afalin üzərkən bu səsi çıxarır ki, digərləri də öz səsləri ilə ona cavab verir. Fit səsi onların həyatında çox vacibdir, lakin yeri müəyyənləşdirməkdən başqa digər informasiyanı onunla ötürmək mümkün deyil. Hərəkəti əlaqələndirmək lazım gələndə, məsələn birgə balıq ovu zamanı afalinlər digər siqnal növündən - impulslu-tonal səsdən istifadə edirlər. Bu, böyük tezlikli genişzolaqlı impulslar silsiləsidir. Həmin siqnallar impulslar arasında intervalların dəyişməsi hesabına modullaşır. Bunlar, heyvanlarda olduğu kimi, məhdud sayda deyil, özlüyündə iyerarxik sistemdir. Bu sistem müxtəlif mürəkkəblik dərəcəsində elementlər kombinasiyasının bir neçə səviyyəsindən ibarətdir ki, bu mənada insan nitqini xatırladır. Yəni burada elementlərin iyerarxiyası var - fonem, morfem, söz və s. Afalinlərin "repertuarının" 60 faizi bu cür siqnallardan ibarətdir. Alimlər güman edirlər ki, onlarda həqiqətən də kifayət qədər inkişaf etmiş kommunikativ sistem ola bilər. Lakin bunu sübut etmək üçün mürəkkəb və uzun tədqiqatlar aparılmasına ehtiyac var.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az