• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
26-02-2020, 09:32

Qarabağdakı hadisələrin arxasında Baş katib Mixail Qorbaçov və KQB dayanırdı... - Vasiliy Konovalovdan ŞOK TARİXİ FAKTLAR

Qarabağdakı hadisələrin arxasında Baş katib Mixail Qorbaçov və KQB dayanırdı... - Vasiliy Konovalovdan ŞOK TARİXİ FAKTLAR

Qarabağ münaqişəsinin başlanmasından artıq 32 il keçir. 1988-ci ilin fevralında ermənilər "miatsum" (birləşmək) şüarı ilə Xankəndinin mərkəzi meydanında davamlı olraq aksiyalara başladı. O zaman çoxları ağlına belə sığışdırmaq istəmirdi ki, SSRİ adlı məkanda hansısa bir xalq kütləvi surətdə küçəyə çıxsın, belə separatçı şüarlar səsləndirib Moskvadan başqa bir respublikanın ərazisini öz ərazisinə birləşdirilməsini tələb etsin. Necə yəni Moskvanın, Kremlin baş verənlərdən xəbəri yoxdu?... Bəs xüsusi xidmət orqanları hara baxır? Ola bilməz! Bilmirlər ki, bu ölkədə (SSRİ nəzərdə tutulur-red.) hansı hərc-mərcliyə səbəb olar?.. Və sair və ilaxır... O zaman çoxsaylı belə suallar meydana çıxırdı. Deyəndə ki, bu düşünülmüş və uzun illər hazırlanmış planın nəticəsidir və Moskvanın bundan xəbəri var... Əgər Moskva buna razı olmasaydı, xüsusi xidmət orqanları hadisələr başlamazdan onun qarşısına alardı... Amma o zaman buna inan az idi... Yenə də sonda cavablar belə olurdu. Ola bilməz! Ola bilməz ki, SSRİ KQB-nin xəbəri olsun və bunun barəsində qəti tədbir görməsin. Ola bilməz ki, Kremldə əyləşənlərin xəbəri olsun, bunun qarşısını almasın. Məgər onlar bilmirlər ki, bu nələrə səbəb ola bilər. Bəs Moskva bunu etmirsə, bəs Bakı hara baxır? Onlar bu məsələni Moskva qarşısında qaldıra bilmirmi?...

Lakin Kreml hər şeydən xəbərdar idi və proseslər elə o zaman SRRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun xeyri-duası ilə başlanılmışdı. Kreml hər şeydən xəbərdar idi. Kreml özü ermənilərə "başlayın" göstərişini vermişdi.

Bunu zaman sübut etdi.

İndi isə dediklərimizi faktlarla, daha doğrusu o dövrlərdə SSRİ rəhbərliyində çalışan şəxslər və yaxud xüsusi xidmət orqanlarında çalışan insanların dedikləri faktlar əsasında sübut etməyə çalışacağıq.

Qarabağdakı hadisələrin arxasında Baş katib Mixail Qorbaçov və KQB dayanırdı...

Nyus.Az bildirir ki, 1980-ci illərin sonunda Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi işləmiş Vasiliy Konovalov həmin dövrü belə xatırlayır: "Dağlıq Qarabağ hadisələrinə çox mütəşəkkil qaydada hazırlaşıblar və plan üzrə işləyirlər. Ekstremistlər cəzasız qaldığına görə istədiklərini edirdilər. Çünki onların arxasında Dağlıq Qarabağ Muxtar Vilayətinin, Ermənistan rəhbərliyi, Baş katib Qorbaçov və KQB dayanırdı.

Mənə bu barədə xəbərlər daxil olanda məsələ ilə yaxından məşğul olmağa başladım və başa düşdüm ki, bu, əvvəlcədən planlaşdırılmış aksiyalardır. Məsələn, hələ hadisələr başlamazdan bir az öncə, 1987-ci ildə Dağlıq Qarabağ Vilayət Komitəsinin katibi Mirzoyan öz şəxsi istəyi ilə istefa ərizəsi yazaraq tutduğu vəzifədən getmək istədiyini bildirdi. Bu hadisə Bakıda hamımıza çox təəccüblü gəldi. Ona görə ki, onillərlə işləyəsən və Dağlıq Qarabağ Vilayət Komitəsinin katibinin ideoloji məsələlər katibi vəzifəsinədək yüksələsən və birdən istefa ərizəsi yazıb işdən gedəsən. Hansı ki Azərbaycan rəhbərliyində onun işindən hər hansı narazılıq da olmayıb. Sonradan bizə bəlli oldu ki, Mirzoyan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə bağlı gizli formada məlumatlandırılıb. Lakin o bu proseslərdə iştirak etmək itəməyəib və ona görə də istefa verib".

V. Konovalov onu da əlavə edir ki, Qarabağdakı hadisələrin daha da qızışmasını İrəvan stumullaşdırırdı: "Ekstremist millətçi hərəkatın arxasında əsasən imkanlı ermənilər dayandırdı və onları maliyyələşdirirdi".

SSRİ KQB-nin Beşinci idarəsinin F.D. Bobkov isə Qarabağ hadisələri barədə mövqeyi də çox maraqlıdır. Bu idarənin tərkibinə 3 millətlərləarası problemlərlə məşğul olan xüsusi şöbə fəaliyyət göstərirdi. "Dağlıq Qarabağda hadisələr başlanan kimi KQB tənqid atəşinə tutulurdu ki, bəs münaqişə başlasa da Mərkəzi Komitə vaxtında məlumatlandırılmayıb"- Bobkov qeyd edib.

Bobkov qeyd edir ki, o zaman SSRİ KQB-sinin sədri (1982-1988-ci il) olan Viktor Şebrikov Dağlı Qarabağdakı hadisələrlə bağlı iki il ərzində çaldığı həyəcan təbilini Kreml qulaqardına vurdu: "Bu zaman V. Çebrikov bizim xidməti yazıların surətini qaldıraraq Mərkəzi Komitəyə sübut etdi ki, iki ildir Ermənistanla Azərbaycan arasında baş qaldıran münaqişə barədə həyəcan təbili çalırıq. Çebrikov hətta mənim Məkrəzi Komitənin bir neçə katibi, xüsusən də E.K. Liqaçevlə görüşlərimi xatrılatdı.

KQB hər həftə Qorbaçovun adına vəziyyətlə bağlı geniş hesabat göndərilirdi və orada da münaqişənin həlli ilə bağlı təkliflər də yer alırdı. Bu sənədlərə V. Kryuçkov imza atırdı. Bəzi hallarda isə hesabatlar Daxili İşlərə Naziriliri, Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və digər quurmlarla birgə hazırlanırdı. Baş katib Mixail Qorbaçov bütün sənədlərə belə bir dərkənar yazırdı: "Xahiş edirəm təkliflərinizi yazın"".

Aydındır ki, xüsusi xidmət orqanları bütün məsuliyyəti SSRİ-nin siyasi rəhbərliyinin üzərinə atrıdı və onlar bu məsələdə haqlı idilər. Çünki Qorbaçov ekstremistlərə əl-qol açmağa, münaqişə üçün şərait yaradırdı.

Bu həqiqətin bir tərəfidir.

Axı KQB-nin də münaqişənin yatırılması üçün səlahiyyəti az deyil və yetərincə imkanları var idi. KQB proseslərin inkişafının qarşısını ala bilərdi. Niyə almadı? Məgər KQB bilmirdi ki, proseslər inkişaf edərsə, nələr baş verə bilər?

Bunun qarşısını almaq üçün KQB separatçıların liderlərini, fəallarını həbs edə bilərdilər və SSRİ rəhbərinin bunun üçün icazəsi də tələb olunmurdu. Bu KQB-nin kompetensiyasına aid olan məsələ idi. Ancaq onlar bunu etmədilər. Öz səlahiyyət vəzifələrini icra etmədilər. Onlar yaxşı bilirdi ki, Qarabağdakı proseslə hansı səmtdə inkişaf edir, ancaq heç bir iş görmədilər. Ona görə etmədilər ki, həmin təxribatı törədənlərin və təşkilatçılarının tərkibindəkilərin çoxu KQB-nin öz adamları idi. Hərəkatın birmənalı təşkilatçıları və sonrakı mərhələdə də iştirakçıları məhz onlar idi.

1983-1988-ci illərdə Dağlıq qarabağ Muxtar Vilayətinin KQB rəisi işləyən Gergiy Septa "Stavropolskaya pravda" qəzetinə açıqlamasında baş verənləri belə izah edib. "1988-ci ilin fevralın 20-də Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq deputatlar sovetinin növbədənkənar sessiyası keçirildi və gündəliyə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi salındı. Moskvadan DQMV KQB-nin əməkdaşlarına göstəriş verildi ki, prosesə mane olunmasın. Hansı ki, həmin zaman dövlət təhlükəsizlik orqanları böyük gücə və təsirə malik idi. Əgər KQB-yə göstəriş verilsəydi, heç Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələ gündəliyə salınmazdı və sessiya da baş tutmazdı. Bu sessiyanın keçirilməsi kimlərin arzusuna və məqsədinə uyğun olduğunu göstərirdi", - deyə general-mayor G. Septa bildirib.

O əlavə edib ki, Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Xankəndindəki sessiyada baş verən hadisəni bir qrup deputatın təklifi kimi dəyərləndirməklə işini bitmiş hesab edib: "Eyni zamanda bəyan edib ki, bu Azərbaycan və erməni xalqlarının maraqlarına cavab vermir. Lakin bir müddət sonra isə Ermənistan Ali Sovetinin Rəyasət Heyəti DQMV-nin müraciətinə birtərəfli qaydada cavab verərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar verdi".

KQB generalının fikrincə, separatçı hərəkatın təşkilatçıları enerjini Kremlin "perestroyka" siaysətindən alaraq ilhamlanırdı.

General bildirib ki, 1987-ci ilədək Ermənistan və Dağlıq Qarabağ ermənilərin aarsıdna 74 faizi arasında Qarabağın birləşdirilməsi barədə ciddi təbliğat işi aparılmışdı.

Bütün bunlar sübut edir ki, Kremlin bütün məsələlərdən xəbəri olub, sadəcə ikili münasibət hökm sürdüyündən məsələyə dırnaqarası baxılıb. Əgər Kreml istəsəydi məsələnin qarşısını anındaca ala bilərdi. Amma istəmədi. Baxmayaraq ki, 1987-ci ildə ermənilər tərəfindən Kremlə ərazi iddiası ilə bağlı çoxsaylı müraciətlər oldu. Moskva isə bu məsələni Azərbaycanla müzakirə etmək istəmədi. Hansı ki, Dağlıq qarabağın Ermənistan birləşdirilməsi ilə bağlı ilk açıq fikirlər 1987-ci ilin noyabrında İrəvanda aksiylar zamanı səslənməyə başlamışdı. Ancaq Moskva məsələni görməməzliyə vurdu. Bu faktlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağda başlayan separatizm hərəkatının ilhamvericisi və dəstəkləyicisi Kreml olub. Kremlin hər şeydən xəbəri olub və bu gün də həmin prosesin başında duran Kremldir. (ölkə.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az