• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-02-2020, 12:57

Zirə gəmisində dəliklər genişlənir

Zirə gəmisində dəliklər genişlənir



“Planlarımız böyükdür, ona görə də böyük işlər görməliyik. Biz peşəkar komanda formalaşdırmaq istəyirik”.
Bu ifadə “Zirə” futbol klubunun ilk prezidenti olmuş Vüqar Astanovun 08.09.2014-cü ildə PFL-in rəsmi saytına verdiyi müsahibədəndir.
Amma böyük planlar həyata keçirmək və peşəkar komanda formalaşdırmaq ona nəsib olmadı. Belə ki, prezident işlərinin çoxluğunu əsas gətirərək 2016-cı ildə tutduğu vəzifəsindən istefa verdi. Prezident kürsüsündə onu əvəz edən Natiq İsmayılovun hakimiyyəti də uzun sürmədi. Hal-hazırda prezident səlahiyyətlərini klubun icraçı direktoru Cahangir Məmmədov yerinə yetirir.
Elə böyük ümidlərlə baş məşqçi gətirib, məyusluqla yola salmaq da gənc klubun alnına yazılıb.
2014-cü ildə yaradılaraq futbol okeanına qədəm qoyan “Zirə” gəmisinin ilk komandanı Bəhram Şahquliyev olur. I diviziyonda mübarizəyə başlayan klub 2014-2015-ci il mövsümündə beşinci yeri tutmasına baxmayaraq, AFFA-ın “lisenziya tələbi”nə görə premyerliqaya vəsiqə qazanan yeganə komanda məhz “Zirə” olur. Güclülər dəstəsində komanda yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə çıxış etməyə başlayır. 2015-2016-cı il mövsümündə qartallar gözlənilmədən göstərdiyi mübariz oyunuyla diqqət cəlb edir, yekunda turnir cədvəlində ikinci yeri tutmaqla həm gümüş medalları, həm də vitse-çempion adını qazanaraq tarix yazır. Komandanın futbolçusu, Salvador millisinin üzvü Nelson Bonila isə 14 qolla çempionatın bombardirlik estafetində ikinci olur. Lakin UEFA-nın müvafiq qanunlarına görə qartallar “Avroliqa” turnirindən kənar qalır. 2016-2017-ci il mövsümünü Zirə

donanması üçün yaxşı başlamır, ard-arda itirilən xallar enişə gətirib çıxarır, nəticədə baş məşqçi Adil Şükürov istefa verir, onu gənc Ayxan Abbasov əvəz edir. Yeni komandan donanmasını dördüncü sıraya daşısa da “Avroliqa” turnirinə vəsiqəni təmin edir. İlk dəfə beynəlxalq turnirdə debüt edən qartalların gəmisi Lüksemburqun “Differdanj”ını batıra bilir. Lakin II mərhələdə “Zirə” gəmisi Rumuniya “Asta”sının səddini keçə bilmədi. Bir müddət sonra qartalların gəmisi ölkə çempionatında da qayalıqlara çırpılmağa başlayır və növbəti eniş yaşayır. 2018-ci ilin avqustunda Ayxan Abbasov postundan getməli olur. Onun yerinə gələn Samir Abbasov komandan kimi gəmisini finiş sahilindən uzaqlara daşıyır. Nəticə də 2019-cu ilin oktyabrında Zaur Həşimov qartallar donanmasına yeni komandan təyin olunur. Yeni komandan qış fasiləsinə qədər az da, olsa gəmisində canlanma yarada bilir. Lakin qış fasiləsi zamanı qartalların gəmisini Soni Norde, Robin Nqalande, Elvin Məmmədov, ən əsası bombardir Xulio Sezar Rodriges (gözlənmədiyi halda A.İ) tərk etdi. Doğrudur, gəmiyə yeni təşrif buyuranlar da oldu. Onlar içərisində Ağabala Ramazanov ilə David Vokova böyük ümidlər bəslənilirdi. Məhz bu iki forvardlar gedənlərin yerini artıqlamasıyla doldurmalı, qartalların gücünə güc qatmalıydı.
Amma qış fasiləsindən sonra qartallar içində sanki, arxayınçılıq hissi dominantlıq edir. İntizamsızlıq isə, komanda daxilində “rəqabət”ə çevrilib. Arxada qalan son üç turda komanda bir qələbə, ard-arda iki məğlubiyyət alıb. Məğlubiyyət faciə deyil, amma kobud intizam pozuntuları, idmançıya yaraşmayan hərəkətlər edərək qırmızı vərəqələrlə “mukafatlandırılaraq” uduzmaq böyük faciədir, xüsusən də bu hal təkrarlanırsa. 16-cı tur çərçivəsində “Sumqayıt”la oyun zamanı əvvəlcə İlkin Muradovun, ardınca Ağabala Ramazanovun meydandan qovulması, Riçard Qadzenin də sarı vərəqə limitini doldurması növbəti oyun üçün birdən-birə üç itkiyə səbəb oldu.

17-ci turda “Qarabağ” kimi nəhəng və turnir cədvəlinin şəriksiz lideri olan komanda qarşısına itkilərlə çıxan qartallardan nəinki qələbə, heç əzmkar heç-heçə belə gözləmirdi, amma hər kəs mübarizlik göstərərək yaxşı oyuna ümid bəsləyirdi. Lakin ağ-qaralar qarşısında meydana çıxan sanki, peşəkar futbol klubu yox, tökülə-tökülə güclə hərəkət edən məhəllə “yığması”idi. Artıq matçın geridə qalan 14 dəqiqəsində qartallar topu 3 dəfə öz torlarından çıxarmaq məcburiyətində qaldılar. Ümumilikdə isə köhlən atlar altı dəqiq top atəşləriylə “Zirə” gəmisini batırdılar. Bu azmış kimi matçın 67-ci dəqiqəsində Cavid Hüseynov idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə alır. Bununla kapitan gəmini vaxtından əvvəl tərk etməyə məcbur olur. Yeddi nömrənin bu cür mükafatlandırılması qırmızı ofsayda düşənlərin sayını 3-ə çatdırdı.
Ikinci-üçüncü yer uğrunda “Keşlə” ilə “Neftçi” arasında sona qədər ölüm-dirim mübarizəsi gedəcək, “Avroliqa” turnirinə vəsiqə şansı verən 4-cü yerdə qərarlaşan “Sumqayıt” mövqeyini qorumaq uğrunda döyüşəcək, islahatlardan sonra iştaha gələn “Sabah”ın da yuxarı pillələri hədəfləməsini nəzərə alsaq, bu cür abu-hava ilə qartallar davam etsə qarşıdakı 11 turluq estafet zamanı qırmızı vərəqələr və fiaskolar qaçılmazdır.
Prezidentləri, baş məşqçiləri yola salmaqla məşhurlaşan “Zirə”də Zaur Həşimovu da eyni aqibət gözləyən həyəcan təbili vurmağa başlayıb. Komandanın sərgilədiyi oyuna görə 12-ci oyunçu artıq tribunalardan “istefa” şuarıyla narazılığını baş məşqçiyə xorla bildirməkdədir.
Buna cavab olaraq Zaur Həşimov “Qarabağ”a fiasko sonrası mətbuata açıqlamasında:
“Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq”.


Komandan Zaur Həşimov nikbinliyini əməldə göstərməlidir, əks halda Zirə gəmisindəki dəliklər daha da genişlənəcək ki, bu da onun batmasının labüdlüyü deməkdir.
Abdulla İsmayıloğlu

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az