
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu vəzifə Elşən Allahverdiyevə həvalə edilib.
O, bundan əvvəl ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi olub.
Daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, "CDB Bank" və "Günay Bank"da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.
Nyus.Az

























