
"The Walking Dead" serialının çəkilişləri zamanı binadan yıxılaraq ölən dublyor Con Bernekerin ailəsinə 8,6 milyon dollar dəyərində təzminat ödənilməsinə qərar verilib.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, məhkəmədə hadisə şahidləri dinlənilib və qəzanın lentə alındığı video izlənilib. 2017-ci ildə çəkilən filmdə Berneker bir döyüş səhnəsini canlandırırdı və 7 metrə hündürlükdən yıxılaraq, aşağıdakı qoruyucu yastığın üzərinə düşməli idi. Lakin dublyor havada çevrilərək yastığa deyil yerə yıxılıb. O, xəstəxanada iki gün qaldıqdan sonra həyatını itirib.
Nyus.Az

























