
Yaponiyanın paytaxtı Tokioda polis telefon operatorunu zəngləri ilə narahat edən şəxsi saxlayıb.
Nyus.Az ted.az-a istinadən bildirir ki, 71 yaşlı təqaüdçü Akitoşi Okamoto KDDI adlı mobil operatorun çağrı mərkəzinə nə az, nə çox 24 min dəfə zəng edib.
Tokio polisi şirkətin iş rejimini ləngiddiyinə görə təqaüdçünü nəzarətə alıb.
A.Okamoto müqaviləsinin ləğv edildiyinə görə, operatora zəng etdiyini bildirib. Təqaüdçü mobil operatorun ondan üzr istəməsini tələb edir.
Nyus.Az

























