
Türkiyə Superliqasında 12-ci tura yekun vurulub.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, turun sonuncu turunda "Antalyaspor" "Qaziantep"i qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
"Antalyaspor" - "Qaziantep" - 1:1
Qollar: Dijilobodji, 37 (0:1), Sanqare, 84 (1:1)
12 turdan sonra turnir cədvəlinə 24 xalla "Sivasspor" başçılıq edir. "Trabzonspor" 22 xalla 2-ci, "Başakşəhər" 22 xalla 3-cüdür. "Qaziantep" 16 xalla 10-cu, "Antalyaspor" 12 xalla 16-cıdır.
Nyus.Az

























