• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-11-2019, 08:40

Cəbr elminin banisi – Xarəzmi

Cəbr elminin banisi – Xarəzmi

Frederik Starrın "İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri" kitabından tərcümə

Əbu Abdullah Məhəmməd əl-Xarəzmi (780-850), adından da göründüyü kimi, Mərkəzi Asiyanın şimal hüdudlarında yerləşən, səhralarla və təpələrlə əhatə olunmuş əl-Xarəzm şəhərinin yetirməsi idi. Yarım əsrə yaxın Bağdadda fəaliyyət göstərmiş bu qeyri-adi dərəcədə istedadlı alim cəbr elmini sistemləşdirdi və ona ad verdi. O, xətti və kvadrat tənliklərin həlli üçün əlverişli üsul ixtira edərək, sonrakı 500 il ərzində cəbr elminin əsas mövzusunu müəyyənləşdirdi. O, kürə triqonometriyasını kəşf etdi, ərəbləri (daha sonra isə avropalıları) onluq hind say sistemindən (hazırda yanlış olaraq ərəb rəqəmləri adlandırılır) istifadə etməyə sövq etdi, o zamana kimi yalnız Meksikadakı olmeklərə məlum olan sıfır anlayışını və mənfi kəmiyyətləri riyaziyyata gətirdi. Xarəzmi hesab (arifmetika) əməliyyatlarını həyata keçirmək üçün hind (ərəb) rəqəmlərindən istifadə edərək elə bir metod hazırladı ki, təhrif olunmuş latın tələffüzündə alqoritm anlayışı onun (əl-Xarəzminin) adı ilə adlandırıldı. Alqoritm bu gün düzgün nəticə almaq üçün kompüterlərə nəhəng miqdarda məlumatı emal etmək imkanı verən dəqiq təlimat sayılır. Digər elmi naliliyyətlərlə yanaşı, Xarəzmi Yer üzərindəki 2402 məntəqə üçün en və uzunluq koordinatlarını dəqiqliklə ölçdü (ona kimi bu miqdarda məntəqənin koordinatını ölçən olmamışdı).

Nyus.Az islam.az-a istinadən bildirir ki, Xarəzminin müasiri olan katiblər onun riyaziyyat, astronomiya və coğrafiya sahələrində ərəb dilində qələmə aldığı dörd əsas kitabın üzünü köçürdülər və bu kitablar Hindistandan İspaniyaya kimi böyük ərazidə özünə oxucular qazandı. Amma sonralar Xarəzminin hesab mövzusunda yazdığı bütün kitabların köçürülmüş surətləri itdi, yalnız cəbr və coğrafiya mövzusunda yazdığı hər kitabın bir ərəbcə nüsxəsi zamanımıza kimi gəlib-çatdı. Digər nüsxələrin itib-batması İntibah dövründən etibarən əksər ərəb dünyasında və Mərkəzi Asiyada xaos və mədəni tənəzzülün başladığını göstərir. Əgər Bağdadda hakimiyyət sürmüş Abbasi xəlifəsi Məmundan 300 il sonra yaşamış üç alim olmasaydı (onlardan ikisi ingilis, biri italiyalı idi), biz bu şah əsərlərin heç birini görmək imkanı qazanmazdıq.

Batlı Adelard (ingilis filosofu, 1080-1152) öz elmi fəaliyyətinə qədim nüsxələri öyrənən tipik orta əsr alimi kimi başlamışdı. O, ərəbdilli alimlərin əsərlərindən yeni ideyalar əldə etməyin mümkünlüyünü anladıqdan sonra səyahətlərə çıxdı, əvvəlcə Fransa və İtaliyaya, daha sonra Antioxiyaya və Aralıq dənizinin şərq sahillərində yerləşən digər şəhərlərə səfərlər etdi. Alim Xarəzminin hesaba aid bir kitabı ilə vətənə qayıtdı, həmin kitabda ispaniyalı bir ərəbin köçürdüyü Xarəzminin astoronomik cədvəlinin qısaldılmış variantı da var idi. Adelard yubanmadan kitabı latın dilinə tərcümə etdi, bu əsər İngiltərədə və bütün qitədə klassik mənbəyə çevrildi. Beləliklə, Xarəzminin kitabı XVI əsrə kimi riyaziyyat elmində əsas dərslik sayılmağa başladı.

Adelarddan 10 il sonra digər ingilis alimi Çesterli Robert əlyazma kitabların ardınca İspaniyaya yola düşdü. Orada o, Xarəzminin "Əlcəbr" kitabının ərəbcə orijinalı ilə tanış oldu. Robert ərəb dilini yaxşı bilmədiyi üçün mətni latın dilinə çevirərkən bucağı ifadə edən hind kəlməsinin ərəb variantını səhv transliterasiya etdi və troqonometrik termin olan "sinus" kəlməsini olduğu şəkildə saxladı. Bununla belə, Çesterli Robertin tərcüməsi avropalılarda təcrübi və nəzəri fənn olaraq həndəsəyə və triqonometriyaya maraq yaratdı. Təqribən həmin dövrdə Kremon şəhərindən olan bir italiyalı alim ərəb dilini öyrənmək və "ən yeni" bilikləri Şərqdən gətirmək məqsədi ilə İspaniyaya səfər etdi. Toledoda xristian üsul-idarəsi altında yerləşən ərəbşünaslıq mərkəzində kremonlu Gerard özü Xarəzminin "Əlcəbr" kitabını və astronomik cədvəllərini tərcümə etdi, eləcə də, daha 85 əsəri ərəbcədən latın dilinə çevirdi.

Bu üç böyük tərcüməçi sayəsində Xarəzminin əsas əsərləri latın dilində günümüzə kimi gəlib-çatdı, amma ərəb dilindəki orijinallar itib-batdı.

Xarəzmi pedoqoji və təcrübi cəhətdən məsələyə yanaşaraq, "Əlcəbr" kitabını heç bir rəqəm və tənlikdən istifadə etmədən yenidən işlədi. Kitabın mətni o qədər sadə alındı ki, hətta mütəxəssis olmayan oxucuda da elə ilk səhifələrdən maraq yarada bildi.

Xarəzmi cəbri müstəqil elm kimi təqdim etdi, onu çox sadə dillə izah etməyə nail oldu, bir sıra mühüm məsələlərin həlli üçün orijinal üsullar işləyib-hazırladı...

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az