• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-11-2019, 07:59

"Bu film adamın nəfəsini kəsir" - Onun film seçimi

"Bu film adamın nəfəsini kəsir" - Onun film seçimi

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə ARB TV-nin redaktoru Nazim Xəliloğlunun məsləhət gördüyü filmləri təqdim edirik.

N.Xəliloğlu deyir ki, ilk beşliyini çoxunun izlədiyi, tanıdığı filmlərlə doldurmaq istəmir, ona görə, seçimini real hadisələr əsasında çəkilən filmlərdən yana edir: "İxtisasım ssenaristlikdir. Sənət müəllimim Ədalət Ziyadxanov deyərdi ki, ən maraqlı ssenari həyatın özüdür. Bəlkə buna görədir ki, real hadisələr əsasında çəkilən filmlər daha çox diqqətimi çəkir".

Onun ilk seçimi "ARGO əməliyyatı" filmi oldu: "İran tarixinin şah dövründən inqilaba qədərki və sonrakı dövrü mənə həmişə maraqlı olub. Film şah rejiminin yenicə dağıldığı vaxtdan bəhs edir. ABŞ hökumətinin inanılmaz əməliyyatına təəccüblənməmək olmur. Bunun uydurulma deyil, olmuş hadisə olduğunu düşünəndə, sadəcə heyrətlənirsən. Filmdə məni aktyor oyunu və ssenari daha çox cəlb edib. Mənə görə, filmin mesajı budur: "Heç vaxt təslim olma".

N.Xəlilov deyir ki, "Leon" və ya "Evə uzun yol"filmini də baxmayanlar izləsə, peşman olmazlar: "Bu film də real hadisələr əsasında çəkilib. İtkin düşmüş hindistanlı uşağın taleyindən bəhs edir. Filmdəki təsirli səhnələr bir kənara, məni daha çox digər məqam cəlb etdi. İki uşağı övladlığa götürən anaya onlardan biri - filmin əsas qəhrəmanı deyir ki, "özün ana ola bilsəydin, bizi övladlığa götürməzdin". Bu anda məlum olur ki, ailənin öz uşağı ola bilərmiş, amma onlar bu qədər ailəsiz uşaq var ikən, uşaq doğmamağa qərar verirlər. Bu, möhtəşəm mesajdır. Məncə, bu, düşüncənin aliliyidir".

O, uşaq dünyaya gətirmək məsələsi ilə bağlı izlədiyi sonuncu film olan "Kopernaum"u da tövsiyə etdikləri siyahısında qeyd etdi: "Filmi azyaşlı uşağın məhkəmə səhnəsi ilə başlayır. Hakim ondan valideynlərini niyə məhkəməyə verdiyini soruşanda, "məni niyə dünyaya gətiriblər?" deyə cual edir. Filmdə hadisələr Livanda cərəyan edir. Rejissor çoxuşaqlılıq, azyaşlı nikahlar, dinin çirkabları və s bu kimi nüansları möhtəşəm qabarda bilib. Təbii ki, filmə baxdıqca uşağın valideynlərini qınamamaq olmur. Amma bir məqamda atanın hakimə "Siz mənim böyüdüyüm mühitdə böyüməyibsiniz. Bəlkə, mən daha yaxşı yerdə doğulsaydım, sizdən də yaxşı olardım" deməsi, məni düşündürdü. Bu, bir mesajdır ki, insanların yerində olmadan, onları qınamaq olmaz".

Tövsiyə etdiyi daha bir film "Diqnidad koloniyası" oldu. Bu da real hadisələr əsasında çəkilib: "1973-cü ildə Çilidəki hərbi çevriliş vaxtı hadisələrin mərkəzində olan sevgililər - fotoqrafla stüardessa xanımın sevgi və keçdikləri dəhşətli yollardan bəhs edir. Həbsxananın ab-havası, verilən işgəncələr, aktyor oyunu və rejissor işi, adamın nəfəsini kəsir. Bir sözlə, baxılası filmdir".

N.Xəliloğlu bildirdi ki, məsləhət görəcəyi filmlər çoxdur, amma limit 5 olduğu üçün sonuncu tövsiyəsi "Başqalarının həyatı"oldu: "Bu filmin rejissoru Florian Henkel fon Donnersmarkı görsəydim, qucaqlayardım. Bəlkə uzun filmdir, kiməsə sıxıcı gələ bilər, amma filmin ruhu var. Bu ruh, filmə baxdığımdan bu yana məni tərk etmir. Almaniya hökumətinin sıravi ailələrdən birinin həyatını izləməsindən bəhs edən filmin sonu xüsusilə xoşuma gəlir. Məncə, yaradıcı adamlar səbirlə, əvvəldən sona kimi bu filmə baxmalıdırlar. Böyük zövqə görə, rejissora "çox sağ ol" deyəcəklər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az