
Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Nyus.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi "Altınordu" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "İstanbulspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb.
"Altınordu" hazırda 6 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Nyus.Az

























