
Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Nyus.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya da növbəti matçına çıxıb
Sözügedən kollektiv doğma meydanda "Mariupol"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
"Aleksandriya" 13 turdan sonra 23 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Nyus.Az

























