
Python proqramlaşdırma dili xakerlərin ən çox seçdiyi dildir.
Bu dili bu qədər cəlbedici edən nədir? Sadəliyi, gücü, obyekt yönümlü olması ilə yanaşı bir çox digər özəlliklərə də sahib olması?
Nyus.Az techland.az-a istinadən bildirir ki, bir çox insan Pythonu yalnız "hacking" üçün öyrənirlər. Başqa dil bilib sonradan pythona keçənlər isə bunu daha rahatlıqla edirlər. Googleda apardığımız araşdırmalara görə Python hazırda dünyanın ən məşhur dilidir. Digər dillərlə müqayisədə qısa və aydındır. ABŞ-ın Stanford və MİT kimi böyük universitetləri artıq python öyrədirlər.
Proqramlaşdırma artıq həyatımızın bir hissəsidir və gələcəyin dilidir. Python qeyd etdiyimiz kimi hack aləmində çox məşhurdur. Bir çox hacking alətləri yazılan zaman pythondan istifadə edilir.
Python dilini asanlıqla necə öyrənmək olar? Növbəti yazılarımızda bu barədə məlumat verəcəyik.
Nyus.Az

























