
İngiltərə Premyer Liqasında 10-cu tura start verilib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Lester" səfərdə "Sauthempton"la qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib.
"Sauthempton" - "Lester" - 0:9
Qollar: Çilvell, 10, Tielemans, 17, Perez, 19, 39, Vardi, 45, Perez, 57, Vardi, 58, Maddison, 85, Vardi-pen, 90
Bu qələbə ilə xalını 20-yə çatdıran "Lester" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 25 xalla "Liverpul" başçılıq edir, "Mançester Siti" 19 xalla 3-cüdür.
Nyus.Az

























