• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-10-2019, 16:49

25 yaşlı gənci “cin çıxarma” adı ilə döyüb öldürənlər ifadə verdilər

25 yaşlı gənci “cin çıxarma” adı ilə döyüb öldürənlər ifadə verdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində “cin çıxarmaq" adı ilə 25 yaşlı gənci döyərək öldürməkdə ittiham olunan Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən Füzuli Qəribov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində Şabran rayonuna gələn turistlərə tərcüməçilik etməklə və psixi xəstəliyi olan şəxsləri Quran ayələri oxuyaraq müalicə etməklə ailəsini dolandırdığını deyib: “Əlimin içini xəstələrin alnına qoyub Quran ayələri oxuyuram. Xəstələri müalicə etmək üçün heç vaxt hər hansı əşya ilə vurmamışam. 2018-ci ilin avqust ayında tanışım Elnur ögey oğlu Muradın psixi xəstəliyi olduğunu və Quran oxumaqla müalicə etdirmək istədiyini dedi. Mən onunla razılaşdım, Bakıya gəlib Muradla görüşdüm. Onu müalicə etmək üçün Şabrana aparmağın vacib olduğunu dedim”.

F.Qəribovun ifadəsinə görə, Murad atası Şahinlə birlikdə Şabrana gəlib, ev kirayələyiblər. Müalicə vaxtı Murada beş dəfə Quran ayələri oxuyub, bir dəfə isə atası Şahin onu döşəmə taxtası ilə vurub: “Bundan başqa Muradı heç kim vurmayıb. Mənim on günlük müalicəm nəticəsində Muradın vəziyyəti yaxşılaşdı. Atası ilə birgə Bakıya qayıtdı. Amma oktyabrın axırında atası Muradı yenidən Şabrana gətirib dedi ki, vəziyyəti pisləşib. Bizdən müalicəni davam etdirməyimizi xahiş etdi. Noyabrın əvvəlində Vüsal İbrahimovun evində ilk seansı keçirdik, Cəmillə Əfqan da oradaydı. Mən Quran oxuyarkən həm özüm, həm də Cəmillə Əfqan onun qarın və bud nahiyələrinə nar çubuğu ilə zərbə vururduq. Sonrakı günlərdə ancaq Quran oxudum”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında Muradın atasının onlara “uşaq vurulmasa düzəlmir, bunu möhkəm vurun, əti sizin, sümüyü mənim”dediyini, sonuncu seans zamanı isə uşağın vəziyyətinin pisləşdiyini bildirib: “Noyabrın 9-da mən evimdə olanda zəng edib Muradın vəziyyətinin pis olduğunu dedilər, mən də Şahinə zəng edib bunu dedim, özüm də Vüsalgilə getdim. Mən ora çatanda dedilər Murad özündə deyil və “qaytarıb”. Təcili yardım çağırdım, amma Muradın dili qatlandı və keçindi”.

Təqsirləndirilən Vüsal İbrahimov ifadəsində göstərib ki, Füzuli ilk “ruqiyyə”də Murada döşəmədə arxası üstdə uzanmağı tapşırıb, özü isə Quran oxuyub çubuqla onun qarnına vurub: “Mən yox, amma Cəmillə Əfqan da Muradı vururdular. “Ruqiyyə” başa çatandan sonra Murad özü ayağa durub özünü yaxşı hiss etdiyini dedi və atalığı Elnurla çıxıb getdi. Noyabrın 9-dakı “ruqiyyə”də Füzuli yemək bişirmək adı ilə öz evinə getdi. Füzuli getməmişdən əvvəl “bu dəfə Muradı möhkəm çubuqlayın, onsuz da həmin zərbələr Murada yox, cinə dəyir” dedi. Mən 15 dəqiqə Quran oxuyandan sonra Muradı bərk döydüklərindən özümü pis hiss elədim və Quranı başa çatdıra bilmədim. Muradın özünü pis hiss etdiyini görüb həyətə çıxardıq, sonra eşitdim ki, Murad ölüb”.

Təqsirləndirilən Cəmil Qayıbov ifadəsində Muradın necə çubuqlanmasından, onun bədənindən cini necə çıxarmalarından danışıb: “Muradın qolundan tutub narahat olmamasını, ona kömək edəcəyimizi dedim. Bundan sonra Murad özü könüllü uzandı, Vüsal onun başı üstündə durub Quran oxuyurdu, Aprel ilə mən çabalamasın deyə Muradın əllərindən, Emin və Sahib isə ayaqlarından tutmuşduq, Əfqan da çubuqla vururdu. Murad tez-tez “dayanın, durum su içim, ayaqyoluna gedim” deyirdi. Bu proses 15 dəqiqə çəkdi, sonra Əfqan əlavə çubuq lazım olduğunu deyib həyətə getdi, nar ağacından iki çubuq qırıb geri qayıtdı. Çubuğun birini bizə verdi, əvvəl Emin, sonra da mən Muradın ayaqlarına çubuqla vurmağa başladıq. Muradın bədənindən cini çıxarmağımız iki saat çəkdi. Sonra Şahin gəlib Muradı apardı, səhəri gün Muradın rəhmətə getdiyini eşitdim”.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Şübhəli qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. (Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az