• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-10-2019, 07:08

Sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə... - Ginekoloqun vacib tövsiyələri

Sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə... - Ginekoloqun vacib tövsiyələri

Nyus.Az saglamolun.az-a istinadən mama-ginekoloq Pərvin Mikayılzadənin yazısını təqdim edir.

Körpənin doğulmasına dair keçirilən hazırlıq mərhələsi çox məsuliyyətli bir işdir.

Gələcəkdə hamiləlik dövründə, doğuşda və körpənin sağlamlığında heç bir problemin yaranmaması naminə əvvəldən hamiləliyə hazırlıq vacibdir.

Hamiləlikdən öncə həyat yoldaşınızla birgə ginekoloqa müraciət edin. Hamiləliyə hazırlıq proqramının hələ hamiləliyin planlaşdırılmasından 3 ay öncədən keçirilməsi məsləhət görülür. Belə olan halda müayinə zamanı aşkarlana bilən əksər problemlər bu dövr ərzində öz həllini tapa bilər.

Ginekoloji müayinə zamanı cinsi yolla keçən xəstəliklər və PAP yaxma da daxil olmaqla, kompleks bir müayinə bu vaxta qədər bilmədiyiniz bəzi problemlərin ortaya çıxmasını təmin edə bilər.

Bütün peyvəndləri etdirməyinizdən əmin olun. Bəzi uşaq infeksiyalarını keçirməyə bilərsiniz. Bunlara qarşı peyvənd etdirməyiniz vacib ola bilər. Bəzi vaksinlərin vurulması belə anlarda heç də təhlükəli hesab olunmur. Lakin məxmərək kimi peyvəndin hələ hamiləliyin planlaşdırıldığı andan 3 ay öncə edilməsi zəruri hesab olunur.

Bəzi infeksiya və viruslar (sitomeqalovirus, toksoplazmoz, herpes, məxmərək, ureoplazma, mikoplazma) uzun illər orqanizmdə qalaraq heç bir əlamətlə ifadə edilməməklə həyatın sonuna qədər aşkar edilməyə bilər.

Bu infeksiyalara hamiləlik zamanı yoluxma ana və döl üçün təhlükə yarada bilər. İnfeksiyaların qanda aşkar edilməsinin ən dəqiq metodu PZR (polimer zəncirvari reaksiya) ilə aparılan DNT-nin müəyyən edilməsi metodudur.

Həm qadın, həm də kişinin sağlamlığını dəyərləndirmək üçün müayinə və analizlərin siyahısı:

- Terapevt konsultasiyası, sidiyin və qanın ümumi analizinin verilməsi.

- Endokrinoloqun konsultasiyası və qalxanvari vəzin ultrasəs müayinəsi (USM).

- Kiçik canaq orqanlarının USM və ginekoloqun konsultasiyası. Kişi üçün, uroloqun və ya androloqun konsultasiyası.

- Cinsi yolla yoluxan infeksiyaların laborator müayinəsi.

- TORCH (cinsi yolla keçən) infeksiyaların müayinəsi.

- Qanda hormonların təyini.

- Spermoqramma.

- Kişi və qadının tibbi-genetik müayinəsi.

Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi follikulun yetişməsinin dərəcəsini qiymətləndirməyə, endometriyanın qalınlığını və mayalanma üçün əlverişli dövrü müəyyən etməyə kömək edəcək.

Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.

Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə, bu zaman oğlan və ya qiz uşağının doğulacağı daha çox ehtimalla planlamaq olar. Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü ultrasəslə dəqiq izləmək lazımdır.

Son zamanlarda yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da həkim-genetikin baxışı məsləhətdir.

Hamiləliyə hazırlıq xanımın həyatında ən həyacanlı məqamlarından biridir. Yeni bir insana həyat vermək xoşbəxtlik və ən əsası məsuliyyətdir.

Hamiləliyə hazırlıq, onun planlaşdırması sizi bir çox problemlərdən sığortalaya bilər.

Nyus.A[b][/b]z

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az