• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-10-2019, 00:26

Estoniyadan iki təqaüd qazanan tələbə - Xaricdə təhsil

Estoniyadan iki təqaüd qazanan tələbə - Xaricdə təhsil

Qasım Xasməmmədli: "Xaricdə təhsili, həyatımızın məqsədi kimi yox, məqsədə gedən yolda bir tramplin kimi görməliyik"

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bəzi tələbələr xaricdə təhsili əlçatmaz və çətin hal kimi düşünürlər. Hətta onu həyatın məqsədi olaraq görənlər də var. Adi müraciət qaydalarını imkansız bilirlər. Halbuki bu, çox asan prosedurdur. Bir universitetə müraciət etmək üçün təhsil şirkətlərinə üz tutub, pul ödəyirlər. Axı bunu özün də edə bilərsən...".

"Xaricdə təhsil" rubrikamızın qonağı Estoniyada Tallin Texnologiya Universitetində təhsil alan Qasım Xasməmmədlidir. Qasım, bakalavr təhsilini Azərbaycan Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə alıb. Təhsil aldığı müddətdə ictimai aktivliyi ilə seçilib. Hazırda "Avropanın gənc azərbaycanlı dostları" ictimai birliyinin sədridir. Həmsöhbətimiz Estoniyada iki növ təqaüd alır: "Birinci təqaüd təhsil haqqından azad olunmadır. Təqaüdüm altı min avrodur. Bundan əlavə, Estoniyanın Xarici İşlər Nazirliyindən aylıq xərclərimi qarşılamaq üçün də təqaüd qazanmışam. İki illik təhsil müddətində xərclərimi qarşılamaq üçün aylıq dörd yüz avro təqaüd ayrılır".

- Qasım, nə üçün xaricdə təhsil və məhz Estoniya?

- İxtisaslaşmaq istədiyim sahəni dərindən öyrənmək və praktiki bacarıqlar əldə etmək üçün xaricdə təhsil almaq qərarına gəldim. Elektron hökumətlə bağlı Azərbaycanda təhsil imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Bundan əlavə, qlobalizasiya prosesləri çox inkişaf edib. Əvvəl qonşu ölkədəki insanla belə, ünsiyyətə çətinlik çəkirdiksə, hazırda işlədiyimiz yerlərdə fərqli mədəniyyətlərlə rastlaşırıq. Xaricdə təhsil almaqla həm fərqli mədəniyyətlərlə tanış olacağam, həm də kommunikasiya bacarıqlarımı inkişaf etdirəcəyəm. İxtisaslaşmaq istədiyim elektron hökumət sahəsində Estoniyanın əldə etdiyi uğurlar məni burada təhsil almağa sövq etdi. Estoniya artıq 90-cı illərdən rəqəmsal inkişaf üzrə qərar qəbul edib və bu sahəyə böyük diqqət ayırır. Hətta bu ölkədə seçkilər belə, elektron şəkildə həyata keçirilir. Azərbaycanda da elektron hökumətin qurulması sahəsində Eston təcrübəsi yaxından öyrənilir. Məhz bu faktorlar məni Estoniyada təhsil almağa yönləndirdi.

- Estoniya və Azərbaycan təhsilini necə müqayisə edərdiniz?

- Fərqlər çoxdur. Estoniya təhsilində akademik mühit daha sərbəstdir. Məsələn, adi mövzu seçimindən tutmuş geyim tərzinə qədər, tələbələrə sərbəstlik verilir. Eləcə də, dərslərdə iştirak etmək məcburiyyəti olmur. İkinci əsas səbəb, ixtisasdan asılı olaraq, praktiki bacarığa önəm verilir. Bir çox fənlərdə imtahanlar layihələr üzərində qurulur və komanda işinə qiymət verilir. Ən böyük üstünlük isə rəqəmsal texnologiyalardan istifadədir. Estoniyada düşünə biləcəyiniz hər yerdə rəqəmsal texnologiyalara rast gəlinir. Universitetin aplikasiyası var və siz həmin proqrama daxil olaraq, universitet barədə hər bir məlumatı əldə edə bilərsiniz. Burada dərs cədvəlindən tutmuş, yemək çeşidlərinə qədər məlumatlar var. Çalışırlar ki, təhsil tamamilə rəqəmsallaşdırılsın. Ev tapşırıqları bir platforma üzərindən verilir və onlayn formada olur.

- Bəs sözügedən ölkədə səni daha çox nə təəccübləndirib?

- Təbii ki, fərqli mədəniyyətlə qarşılaşdığıma görə, məni mədəni aspektlər və ictimai davranış qaydaları, texnoloji inkişaf təəccübləndirdi. Texnologiyanın yüksək səviyyədə olduğunu bilirdim, amma bu dərəcədə olmasını gözləmirdim. Avtobuslarda bizdəki kimi kart sistemi var və yoxlamalar, demək olar ki, olmur. Lakin buna baxmayaraq, hər kəs kartını vurur, sonra əyləşir. Burada böyüklərə, qadınlara, uşaqlara yer vermək kimi hallar yoxdur. Bizdə isə ictimai nəqliyyatda bunun anonsu verilir. Bir dəfə avtobusda, adətim üzrə, qadına yer verdim. Xanım çox təəccübləndi və mənə dəfələrlə təşəkkür etdi. Avtobusdakı digər insanlar da anlaya bilmirdilər ki, mən niyə belə etdim. Bundan əlavə, piyada keçidlərində çox diqqətcildirlər. Yolda polis görmək mümkün deyil. Amma hər kəs qaydalara riayət edir. Polisə, cəriməyə ehtiyac yoxdur. İlk dəfə şəhərə çıxanda gördüm ki, mənimlə birlikdə ağ qutu hərəkət edir. Yolda biz gedirdik, ağ qutu da bizimlə yola davam edirdi. Piyada keçidini gözləyəndə, qutu da bizimlə birlikdə dayanıb gözləyirdi. Maraqlandıq ki, bu qutu robot kuryerdir. Tallində yemək daşıyan robotlara rast gəlmək mümkündür. Onlar da insan kimi yol qaydalarına riayət edir, işıqforu gözləyirdilər.

Müsahibimiz deyir ki, tələbə başqa ölkəyə tez adaptasiya olmaq üçün ölkəni, gəlməzdən öncə, dərindən araşdırmalıdır: "Öz təcrübəmə əsasən deyə bilərəm ki, ilk növbədə insan, getdiyi ölkəni araşdırmalıdır. Mən gedəcəyim ölkənin mədəniyyətləri və qanunlarını araşdırırdım. Xarici ölkədə ictimai nəqliyyat qaydalarını bilmədiyiniz halda, ilk dəfə qaydanı poza bilərsiniz. Burada "ilk dəfə idi nəqliyyatdan istifadə edirəm" sözü keçmir. Cərimə nədirsə, ödəməlisən. Estoniyaya gəldikdə, rus və ingilis dili biliyi ilə rahatlıqla burada yaşaya bilərsiniz. Mən tələbəlik illərindən çalışıram ki, iqtisadi cəhətdən ailəmdən uzaq olum. Öz xərclərimi özüm qarşılamışam. Təhsil almağa da ailəmdən heç bir maddi yardım almadan, öz hesabıma gəldim. Maddi sıxıntı olduğu üçün ilk dəfə yerləşməyə ailə ilə deyil, tək gəlməli olursan. Bunun üçün ölkəni gəlməzdən öncə araşdırmaq lazımdır. Məişət məsələləri ilə bağlı Bakıda olarkən qərar verməlidirlər. Tələbələr əsas ehtiyaclarını qarşılamaq üçün ilk günlərdə tez xarab olmayan un məmulatları gətirə bilərlər. Çünki ilk dəfə gələndə bilmirsən ki, nəyi haradan və daha ucuz, keyfiyyətli əldə etmək olar. Bu, tələbə üçün çox vacibdir. Mən bu baxımdan çətinlik çəkdim. Mağazadan nəsə alıb evə qayıdanda eston dostum deyirdi ki, sən baha alıbsan, bunu daha ucuz ala bilərdin".

- Estoniyada başınıza gələn maraqlı hadisəni bizimlə bölüşün.

- Təhsil aldığım magistr proqramının meneceri çox təcrübəli qadındır. Təxminən 10 yaş məndən böyükdür. Ukraynada prezident administrasiyasında, nazirliklərdə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. Bu qadın söhbət zamanı deyirdi ki, mənə "sən" deyə müraciət edin. Mənə yenə də rəsmi cavab verirdim. O, bir daha sərt şəkildə mənə dedi ki, hamımız burada yoldaşıq və mənə sadəcə "sən" deyə bilərsən. Bu, mənə maraqlı gəlmişdi. Akademik mühit çox sərbəstdir. Rahatlıqla ünsiyyətə girirlər. Siz istənilən dərsə daxil olub, otura bilərsiniz. Heç kim demir ki, buraya niyə gəlibsən. Yolu professordan soruşsan belə, gedəcəyin yerə çatana qədər kömək edir.

- Xaricdə təhsil almaq istəyən tələbə nə etməlidir?

- Azərbaycanda gənclərin bəziləri xaricdə təhsili əlçatmaz və çətin hal kimi düşünürlər. Onun həyatın məqsədi olaraq görənlər var. Adi müraciət qaydalarını imkansız bilirlər. Halbuki bu, çox asandır. Belə olanda, ortaya xaricdə təhsil şirkətləri çıxır. Müraciət etmək üçün hansısa şirkətə pul ödəyirlər. Axı bunu özün də edə bilərsən. Müstəqil həyata öyrəşmək lazımdır. Şirkətlər tələbənin əvəzinə sənəd hazırlayır. Ümumiyyətlə, məsləhət görərdim ki, xaricdə təhsilə ölkədən çıxmaq kimi deyil, bir mərhələ kimi baxsınlar və qarşılarına konkret məqsəd qoysunlar. İxtisaslaşmaq istədikləri sahəni dəqiq seçsinlər. Xaricdə təhsil üçün hara gəldi müraciət etməsinlər. Xaricdə təhsili, həyatımızın məqsədi kimi yox, məqsədə gedən yolda bir tramplin kimi görməliyik. Yəni təhsil almaqla iş bitmir. Əks təqdirdə, ya ixtisası oxuya bilmirlər, ya da bitirib nə edəcəklərinə qərar vermirlər. Buna görə də, müraciət prosedurlarını özlərinin keçməsini məsləhət görərdim. İkincisi, konkret hədəf qoyub ixtisaslaşmaq istədikləri sahəni dəqiq seçsinlər. Seçdikdən sonra hansı ölkədə bu sahə üzrə daha yaxşı təhsil ala biləcəklərini araşdırsınlar. Məsələn, dizayn və arxitektura sahəsində İtaliya, sənaye üçün Almaniya məşhurdur. Bunu araşdırıb daha yaxşı təhsil seçməyi məsləhət görərdim. İT sahəsində təhsil almaq üçün Estoniyanı seçə bilərsiniz. Burada təqaüd imkanları da çox yaxşıdır.

- Estoniyada azərbaycanlı tələbələrlə münasibətləriniz necə tənzimlənir?

- Burada azərbaycanlı tələbələr çoxdur və dost mühiti formalaşıb. "Facebook"da aktiv bir qrup var, orada suallarımızı verir, fikir mübadiləsi aparırıq. Daha təcrübəli olanlar bir-birinə kömək edirlər. Bizdən öncə gələn tələbələr burada QHT yaradıblar və bu sahədə müəyyən fəaliyyət göstərirlər. Onlayn da olsa, hər kəs çalışır ki, bir-birinə dəstək olsun.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az