UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz" bu gün ilk oyununu keçirəcək.
Nyus.Az xəbər verir ki, Azərbaycan çempionu "De Bres Arena"da Bakı vaxtı ilə 22:30-da Belçika təmsilçisi "Halle Gooik"lə üz-üzə gələcək.
"Araz" oyuna itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən "Araz" 8 futzalçı ilə mübarizə aparacaq.
"Araz" - "Halle Gooik" (Belçika)
Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)
9 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 22:30
Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov
Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye
Baş məşqçi: Joze Alesio Da Silva
Nyus.Az