
Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.
Nyus.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.
Fakt araşdırılır.
Nyus.Az

























