• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-10-2019, 02:23

Güləşimizin Tokio ümidi - Portret - FOTO

Güləşimizin Tokio ümidi - Portret - FOTO

O, Azərbaycan klassik güləş məktəbinin son illərdə yetişdirdiyi ən güclü iki pəhləvandan biridir

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

14-22 sentyabr aralığında Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutan güləş üzrə dünya çempionatından qazancımız gözləntiləri doğrultmadı. İlk baxışdan, 6 medal, ümumkomanda hesabında keyfiyyətə görə 5-ci yer qənaətbəxş sayılsa da, millilərimizin 18 mümkün olimpiya lisenziyasından ikisinə sahib çıxması idmansevərləri qayğılandırmaya bilməz. Çox uzağa getməyək, pəhləvanlarımız 2015-ci ildə Las Veqasda keçirilən Rio olimpiadasına lisenziya xarakterli mundialda 11 vəsiqəyə yiyələnmişdi (red: lisenziyalar o vaxt da ilk "beşliy"ə verilirdi).

Qarşıda sadəcə iki təsnifat yarışı, hər çəki üzrə üst-üstə 4 "Tokio 2020" lisenziyası var. İstənilən halda, sayın ən azı 5 dəfə artacağına şübhə etmirik. Nur-Sultan mundialının nəticəsi nə qədər uğursuz olsa da, bir çox mütəxəssislərin fikrincə, bu, Azərbaycan güləşinin əsl gücündən xəbər vermir. Bəli, əsas medal ümidlərimizdən bir çoxunun potensialından aşağı nəticə göstərməsində açıq-aşkar nəzərə çarpan "püşk oyunları"nın, müəyyən məqamlarda hakim qərəz və ya təcrübəsizliyinin təsiri də mütləq vurğulanmalıdır. Əks halda, imkanları bizdən xeyli aşağı qiymətləndirilən ev sahibləri 8(!) lisenziyanı necə qazanacaqdı? Püşkdəki "barmaq", ələlxüsus, sərbəst güləşdə özünü büruzə verdi. Yeganə "qızıl"ın qadın güləşindən gəldiyini, zəriflərimizin, natamam heyətlə Dünya Güləş Birliyinin sıralamasına görə, kişilərdən ibarət komandalarımızdan daha yaxşı yerdə qərarlaşdığını nəzərə almalıyıqsa, yunan-Romanın altı əsas çəkidəki "sıfır"ına heç nə ilə bəraət qazandırmaq olmur. Üstəlik, "klassiklər"in əksəriyyəti elə ilk mərhələlərdəcə uduzdu ki, bu, əsl həyəcan siqnalıdır. Sözsüz, qarşıdakı lisenziya yarışları üçün formalaşacaq heyətlərdə bir çox dəyişikliklər olacaq. Gəlin ənənələrə söykənib, hər şeyə rəğmən, onlardan da əlimizi üzməyək. Ehtiyatda bir neçə təcrübəli, eyni zamanda gənc pəhləvanımız var. Məsələn, 23 yaşlı Murad Məmmədov! Gənclər arasında dəfələrlə dünya və Avropa çempionu olmuş bu idmançının "Tokio 2020" perspektivləri olduqca yüksək qiymətləndirilir.

Üç qardaşdan bircə o...

Məmmədov Murad Əbülfəz oğlu 8 dekabr 1995-ci ildə Sumqayıtda dünyaya göz açıb. Güləşlə 10 yaşından məşğul olur. Az qala hər iki uşaqdan birinin hansısa idman növü ilə məşğul olduğu "gənclik şəhəri"nin tanınmış idman mütəxəssislərindən olan Əbülfət Məmmədovun yanında güləşin sirlərini öyrənməyə başlayan Murad, bu günədək məşqçisinə sadiqdir. Dediyinə görə, məşqlərə atasının istəyi ilə, özündən böyük qardaşları ilə birgə yazılıb. Lakin sonradan onlar güləşlə vidalaşaraq, qeyri-idman sahələrinə meyilləniblər.

2013-cü ildə Sumqayıt şəhər 20 saylı orta məktəbini bitirən Murad, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Hazırda Mərkəzi Ordu İdman Klubunu təmsil edir.

Üç ilə üçqat dünya çempionu!

Muradı, İslam Abbasovla birgə Azərbaycan yunan-Roma güləşi məktəbinin son illər yetişdirdiyi ən uğurlu iki pəhləvandan biri adlandırsaq, mübaliğəyə yol vermərik. Onun aşağı yaş kateqoriyalarındakı nəticələri, sadəcə qibtə ediləsidir: Yeniyetmələr arasında ikiqat Avropa çempionu (2010 və 2011), bir dəfə isə qitə birinciliyinin gümüş mükafatçısı (2012), dünya çempionu (2012), gənclər arasında ikiqat dünya (2014 və 2015), bir dəfə Avropa çempionu (2014), bir dəfə isə qitə birinciliyinin gümüş mükafatçısı (2015). 2016 və 2017-ci illərdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatının, müvafiq olaraq, gümüş və qızıl, DÇ-nin (2018) isə gümüş medalına yiyələnən Məmmədov, eyni zamanda, 2016-cı ildə hərbçilər arasında dünya çempionatının və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı olub.

Göründüyü kimi, 5 il ərzində üçqat dünya və üçqat Avropa çempionluğu... Əlavə sözə yəqin ki, ehtiyac yoxdur!

Debütdəcə final və acınacaqlı məğlubiyyət

Muradın böyüklər arasında Avropa çempionatında debütü 2018-ci ilə təsadüf edir. İlk cəhddəcə finaladək irəliləməsi nə qədər sevinc doğurursa, ev sahibi Sergey Yemelinlə həlledici görüşdə yunan-Roma güləşi üçün olduqca əhəmiyyətli sayılan üstünlüyü (5-0) əldən verməsi, bir o qədər üzücü alınır. Finaladək rəqiblərinə bir xal da verməyən gənc pəhləvan acı məğlubiyyətini belə şərh etmişdi: "Hesabı qorumağa çalışdım. Bunun üçün də var gücümü qoydum. Bundan artığını edə bilərdim desəm, yalan olar. Hamı bilir ki, ev sahibi ilə görüşlərə həmişə 0-1 geridə başlayırsan. Rəqibin passivliyinə görə, mənə bir xal verilməli idi, nəzərə almadılar. Altı aydan sonra dünya çempionatına gedəcəyəm, hədəfim gümüş yox, qızıl medaldır".

Xatırladaq ki, Dağıstan respublikasının Kaspiysk şəhərində keçirilən, yekunda qazanılan 18 medalla Azərbaycan güləş tarixinə rekord kimi düşən sözügedən qitə yarışında "klassiklər"imiz də məhsuldar çıxışla yadda qalmışdı - 1 qızıl, 2 gümüş, 2 bürünc. Bununla belə, mükafatlardan sadəcə ikisi olimpiya çəkisində idi ki, onlardan da ən yüksək əyyarlısını məhz haqqında söz açdığımız pəhləvan qazanmışdı.

Ssenarinin davamı

Hədəfinin qızıl olduğunu qeyd etsə də, Budapeştdə keçirilən DÇ onun üçün yalnız bir görüşdən ibarət olur. Özü də AÇ-nin finalındakı ssenari burada da təkrarlanır. Belə ki, Qırğızıstan təmsilçisi ilə görüşdə hesabda 8-1 öndə olan Məmmədov, sona yaxın "tuşe"yə düşür. İmkanları çox aşağı qiymətləndirilən rəqib növbəti mərhələdə uduzur və beləcə, Muradın debüt etdiyi DÇ-də medalsız qalacağı rəsmiləşir.

2019 - "Qara zolaq"...

Cari ilin mayında Rumıniyada keçirilən Avropa çempionatında da imkanlarından aşağı çıxış edir, nəticədə, medalsız qalır ki, belədə, həm II Avropa oyunlarına, həm də yuxarıda bəhs etdiyimiz lisenziya xarakterli mundiala aparılmır. Bir sözlə, 2019 Muradın idman karyerasından "qara zolaq" kimi keçdi.

Hər şey qarşıdadır!

Lakin onun üçün hələ heç nə itirilməyib. Nur-Sultan mundialında 60 kiloqramdakı təmsilçimiz Taleh Məmmədov ilk görüşdəcə uduzduğundan, növbəti lisenziya yarışında Muradın çıxış etməsi real səslənir. Hər halda, bu gün üçün 60 kq-da ondan daha ümidverici güləşçi yoxdur. Yeri gəlmişkən, bu və Muradı əhatə edən digər suallara komandamızın böyük məşqçisi, ikiqat olimpiya vitse-çempionu Rövşən Bayramovla aydınlıq gətirməyə çalışdıq. Dünya və ikiqat Avropa çempionunun fikrincə, Murad fiziki və texniki potensialına görə, çəkisində heç kimdən geri qalmır: "Onun yeganə problemi psixolojidir. Yunan-Romada da psixoloji faktorun əhəmiyyəti daha çoxdur. Fiziki güclə eyni önəm kəsb edir. Diqqəti tam olaraq hesaba yönəltdikdə, beyin əks reaksiya verir. Əllər keyləşir, ayaqlar tutulur. Bunun üzərində işləsə, Murad öz çəkisinin ən güclülərindən biri olacaq. Hazırda 60 kiloqrama yalnız iki namizədimiz var. Murad və Taleh. Murad, mütləq qarşıdakı lisenziya turnirlərinin birində iştirak edəcək. Üç, ən yaxşı halda 4 çəkidə lisenziyanın qazanılacağına inanırıq, onlardan biri elə 60 kiloqramdır".

Azərbaycan həm sərbəst, həm də yunan-Roma güləşi növü üzrə daim yüngül çəkilərdə məşhur, titullu pəhləvanlara sahib olub. Rəşid Məmmədbəyovdan başlayan ənənə Məhyəddin Allahverdiyev, Namiq Abdullayev və Rövşən Bayramovla davam edib. Bu gün "klassiklər"də ən yüngül olimpiya çəkisi 60 kq-dır. Belədə təbii ki, güləşsevərlərin Məmmədovdan gözləntiləri ikiqat çox olmalıdır. Özü də bunun fərqindədir və əlbəttə, olimpiya çempionluğu, dördilliyin ən böyük idman yarışında ən azından mükafat sevinci yaşamaq hər bir gənc idmançı kimi onun da ən böyük arzusudur.

Portret

"Pəhləvan" deyərkən, gözümüzün önündə canlanan xüsusiyyətlərin bir çoxu onda var. Fiziki baxımdan olduqca güclü, çevik, texnikalıdır. Bir göz qırpımında rəqibin müvazinətini pozub, yüksək amplitudalı fənd işlətdiyini dəfələrlə izləmişik. Bir sözlə, bacarmayacağı rəqib, fəth edə bilməyəcəyi zirvə yoxdur. Başabaş güləşdiyi rusiyalı Sergey Yemelin ardıcıl iki mundialda finala yüksəlirsə, sözsüz ki, Murad da qısa zamanda özünü maksimum şəkildə doğrulda, çəkisinin ən iddialı pəhləvanlarından biri ola bilər. Bunun üçün isə o, indiki durumu ilə kifayətlənməməli, səhvlərini analiz edib, üzərində daha böyük səylə işləməlidir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az