
ABŞ-nın kişilərdən ibarət olan yığma komandası 4x400 metr estafetdə atletika üzrə dünya çempionatının qızıl medallarını qazanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, yarışlar Qətərin paytaxtında Dohada başa çatıb.
Qeyd edək ki, ABŞ yığma komandasına daxil olan Fred Kurley, Maykl Çerri, Vilbert Lundan və Rey Benjamin yarışlarda 2 dəqiqə 56.69 saniyə göstəriblər, bu da mövsümün ən yaxşı nəticəsidir.
Nyus.Az

























