
Çinli Lyu Hun 20 kilometr idman yerişində dünya çempionatının qızıl medalını qazanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, yarışlar Qətərin paytaxtında Dohada baş tutur. Lyu Hun məsafəni 1 saat 32 dəqiqə 53 saniyəyə qət edib. İkinci yeri həmyerlisi Tseyanq Shenjie tutub (1: 33.10). Üçüncü yeri isə başqa bir çinli qadın Yang Lujing tuta bilib (1: 33.17).
Qeyd edək ki, dünya çempionatı oktyabrın 6-da Qətərin paytaxtı Dohada başa çatacaq.
Nyus.Az

























