• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-09-2019, 10:37

Qanımızı azaldan səbəblər

Qanımızı azaldan səbəblər

Həkimlər deyirlər ki, keyfiyyətsiz qidalar anemiya xəstələrinin artmasının əsas faktorları arasındadır

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Son 13 il ərzində Azərbaycanda əhalinin anemiya (qanazlığı) ilə xəstələnməsi halları artıb. Ötən il anemiya xəstələrinin sayı 2017-ci ilə nisbətən azalsa da, 2005-ci ilə nisbətən onların sayı yenə də çox olub. 2005-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisəlәrindә qeydiyyatda olan anemiya xəstələrinin sayı 37 807 nəfər olduğu halda, 2017-ci ildə belə xəstələrin sayı 42 366, 2018-ci ildə 41 097 nəfər təşkil edib. 2005-ci ildə Azərbaycanda 30 213 nəfərə, 2018-ci ildə isə 47 552 nəfərə ilk dəfə anemiya diaqnozu qoyulub. Ötən müddətdə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da artıb. 2005-ci ildə əhalinin hər 100 000 nəfərindən 360,5 nəfərinə, 2018-ci ildə 484,2 nəfərinə ilk dəfə anemiya diaqnozu qoyulub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı da çoxalıb. 2010-cu ildə ölkədə 21565, 2018-ci ildə 28620 nəfər uşağa ilk dəfə anemiya diaqnozu qoyulub. Ölkədə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiyalı uşaqların sayı isə ötən dövr ərzində azalıb. 2010-cu ildə qeydiyyatda olan xəstə uşaqların sayı 23063 nəfər olduğu halda, 2018-ci ildə onların sayı 21410-a enib. Qeyd edək ki, anemiya (qanazlığı) qanda qan hüceyrələrinin sayının, yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji haldır. Anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir.

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar çoxluq təşkil edir.

Statistik göstəricilərə baxsaq, görərik ki, həqiqətən də vəziyyət ciddi xarakter daşıyır. Bəs görəsən bu xəstəlik son illər ərzində niyə belə geniş yayılıb? Özümüzü bu xəstəlikdən necə qoruya bilərik?

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Kaspi"yə açıqlamasında bildirdi ki, anemiya xəstəliyi qanda hemoqlabinin və digər göstəricilərin aşağı düşməsi deməkdir: "Müasir dövrdə bu xəstəlik uşaqlar arasında da geniş yayılıb. Əsas faktorlar arasında ilk növbədə qurd xəstəliklərini qeyd etmək istəyirəm. Düzgün qidalanmama da anemiyanın yaranma səbəblərindəndir. Meyvə-tərəvəzdən az, süni qidalardan isə çox istifadə olunur. Uşaqlar, yeniyetmələr qısa müddətdə enerji verəcək "fast-food" qidalarından və enerji içkilərindən geniş istifadə edirlər. Şirniyyat, şokolad tərkibli qida məhsulları onların qida rasionunda üstünlük təşkil edir. Bütün bunlar qanda hemoqlabinin miqdarını aşağı salır və xəstəliyin yaranmasına səbəb olur. Bəzi hallarda xəstənin qanında anadangəlmə problem olur. Bu da əsas faktorlar arasındadır".

Ş.Namazlı söylədi ki, anemiya həm də irsi xəstəlik kimi qəbul edilir. Əgər nəsildə anemiya xəstəliyi varsa, bu, digərlərində də yarana bilir: "Yəni xəstəlikdən əziyyət çəkənlərin sayının artmasının çoxsaylı səbəbləri var. Bu səbəblər özlüyündə iki yerə ayrılır, endogen və ekzogen səbəblər. Qeyd etdiyim səbəblər xarici səbəblərdir. Endogen səbəblərə gəlincə, mədə-bağırsaq problemi, mədə turşuluğunun normadan aşağı olmasını nümunə göstərmək olar. Ekzogen yolla qəbul edilən qidaların endogen yolla sorulma prosesi pozulur. Nəticədə qanın miqdarının aşağı düşməsi prosesi baş verir. Həmçinin qadınlarda müəyyən fizioloji proseslərlə əlaqədar olaraq qanın miqdarı aşağı düşür. Orqanizmdə dəmir çatışmazlığı varsa, anemiya yaranır. Ona görə də, tövsiyə edərdim ki, tərkibində dəmir çox olan meyvə-tərəvəz, ət məhsulları daha çox istifadə edilsin. Sadaladığım bu faktorlar son illər ərzində əhalidə geniş yayılıb. Bütün bunlar isə ümumilikdə anemiya xəstəliyindən əziyyət çəkənlərin ümumi sayının artmasına gətirib çıxarır".

Həkim deyir ki, anemiya zamanı insanın yaddaşı zəifləyir, ürəkdə müəyyən problemlər yaranır: "Son illər bu xəstəlik çox ciddi problemə çevrilib. Demək olar ki, əksər insanda anemiyaya rast gəlmək olur. Qanın tərkibinin aşağı olması demək olar ki, adi hala çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu xəstəlik geniş yayılıb. Müəyyən yaş həddinə çatan uşaqlar və yeniyetmələrin orqanizmində kalsium, fosfor, maqnezium, sink çatışmazlığına tez-tez rast gəlinir. Əgər uşaqlar dırnaqlarını yeyirsə, bu, orqanizmdə nəyinsə çatışmadığından xəbər verir. Dırnaqdakı parazitlər və mikroorqanizmlər bağırsaqdan keçərək inkişaf edir. Bu da dolayı yolla qanın aşağı düşməsinə gətirib çıxarır. Ona görə də, valideynlər belə məsələlərdə diqqətli olmalıdır. Orta məktəbdə oxuyan uşaqlarda, adətən görmə zəifliyi müşahidə olunur. Uşaqlar tədricən yazı taxtasını görmür. Valideynlər uşağı dərhal göz həkiminə aparır və eynək yazılır. Amma eynəkdən öncə mütləq qanın ümumi analizi verilməlidir. Qanın tərkibinə uyğun olaraq düzgün müalicə təyin olunmalıdır. Məsləhət görərdim ki, ildə iki dəfə hər bir insan, xüsusilə də uşaqların qanının ümumi analizi verilsin. Qanın tərkibi aşağı olduqda, uşaqlarda halsızlıq, yorğunluq müşahidə olunur. Bir neçə metr yol getdikdən sonra xroniki yorğunluq başlayır, təngnəfəs olur. Əslində bu yorğunluq deyil və əsas səbəb qan azlığıdır. Ona görə də, anemiya xəstəliyi ilə düzgün şəkildə mübarizə aparmaq üçün vaxtında müalicə çox mühümdür. Həkim nəzarəti ilə qida rejiminə nəzarət edilərsə və düzgün müalicə aparılarsa, xəstəlikdən qurtulmaq olar".

Tibb üzrə ekspert, professor Adil Qeybulla söylədi ki, hələ bir neçə il əvvəl beynəlxalq təşkilatların ölkəmizdə apardığı tədqiqatların nəticəsinə əsasən bəlli oldu ki, Azərbaycanda qan azlığından əziyyət çəkən xəstələrin sayı kifayət qədər çoxdur: "Bu məsələ həmin təşkilatların qeydlərində də yer almışdı. Milli Aerokosmik Agentliyinin apardığı tədqiqatlar da bu faktı bir daha sübuta yetirdi. Tədqiqatların nəticəsindən aydın oldu ki, anemiyanın artmasının əsas səbəbi qida ilə bağlıdır. Təbii ki, anadangəlmə faktorlar da burada mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Onların yerləşdirilməsi, düzgün qidalanması bu məsələyə ciddi təsir edir. Əhalinin böyük əksəriyyəti düzgün qidalanmır. Keyfiyyətsiz qidalardan istifadəyə üstünlük verilməsi əsas faktorlardan biridir. Uşaqlar arasında aparılan monitorinq göstərir ki, valideynlər aşağı keyfiyyət parametrlərinə malik olan süni qidalardan geniş istifadə edirlər. Meyvə və tərəvəzdən istifadə çox aşağı səviyyədədir. Ölkədə ciddi şəkildə qida təhlükəsizliyi problemi var. Bu məsələ üzərində ciddi iş aparılmalıdır. Həmçinin stress, ekoloji çirklənmə də anemiya xəstəliyinin əsas səbəblərindəndir. Millətimizin gələcəyi olan uşaqların sağlamlığının qorunması istiqamətində ciddi iş aparılmalıdır. Bu istiqamətdə xüsusi proqram tərtib edilməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az