• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
16-02-2018, 16:58

“AST Telman”la bağlı istintaq yekunlaşdı

“AST Telman”la bağlı istintaq yekunlaşdı
Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov (“AST TELMAN”) barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumatda bildirilir ki, T.İsmayılov və qardaşı Rafiq İsmayılov 2016-cı ildə Moskva vilayətində iki nəfərin ölümündə günahkar bilinirlər. Qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaq bu qənaətə gəlib ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.



T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır və o da axtarışdadır.

“AST Telman”ın şərləndiyini deyilsə də, məlumdur ki, qardaşları “satan” təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

T. İsmayilov ötən ilin noyabrında videomüraciət yayaraq təslim olmayacağını, əksinə, ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcəyini demişdi.

Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: “9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam… O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi “YouTube”da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var – nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəs barmağıyla yuxarını göstərir. Deməli, söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq”.

T.İsmayılov barəsində qiyabi həbs qərarını ötən ilin oktyabr ayının 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.(musavat.com)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az