
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu antirekorda imza atıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, futbolçu A Seriyasında cərimə zərbələrindən ən çox uğursuz istifadə edən ikinci futbolçu olub. O, 18 cərimə zərbəsinin heç birini qola çevirə bilməyib. Komandanın baş məşqçisi Maurisio Sarrinin bundan sonra cərimə zərbələrini Ronalduya yox, Miralem Pyaniçə həvalə edəcəyi deyilir.
A Seriyasında bu antirekorda görə birinci yeri 24 uğursuz zərbə ilə "Frosinone"nun futbolçusu Kamillo Siano tutur.
Nyus.Az

























