• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-09-2019, 10:20

Dünya şöhrətli alimlə bağlı sirlər açıldı - O, İslam dinini qəbul etməyibmiş - FOTO

Dünya şöhrətli alimlə bağlı sirlər açıldı - O, İslam dinini qəbul etməyibmiş - FOTO

O, uşaqlığımızın ən dəniz xatirəsidir. O vaxtlar hələ 3D görüntü, yeraltı dünya haqda yetərincə məlumat yox idi. "Dünya kapitanı" adı verdiyimiz Jak İv Kusto bizi virtual sualtı səyahətə dəvət edirdi.

Bu gün sualtı dünyanın sakini həyatda yoxdur. Kapitan Kustonu mənəvi oğlu, komandasının sadiq üzvü Qreqori Kulbanislə birgə xatırlayacağıq.

Nyus.Az məşhur alim, rejissor Qreqori Kulbanisin publika.az-a müsahibəsini təqdim edir.

- Cənab Kulbanis Kapitan Kusto ilə tanışlığınız necə baş tutdu?

- Gənc alim və peşəkar səviyyəli dalğıc idim. Kapitan Kusto məni komandasına dəvət etdi. Bütün dünya üçün əlçatmaz olan "Kalipso" gəmisində çalışacaqdım. Düşünmədən razılaşdım. O gündən Jak İv Kusto dünyasını dəyişənədək onun yanında oldum.

- Biz onu dünya okeanının fatehi Kapitan Kusto kimi tanımışıq. Gündəlik həyatda necə insan idi?

- Bəli, hamı Kustonu "Planetin kapitanı" adlandırırdı. Onunla keçirdiyim bütün anlar olduqca dəyərli və unudulmazdır. Əfsanəvi "Kalipso" gəmisi ilə hər ekspedisiyadan öncə Parisdəki ofisimizdə birgə hazırlıq görərdik. Yeni ekspedisiya bizim üçün hələ dadmadığımız macəralar demək idi. Yollanacağımız coğrafiyanın havası, şəraiti, ekologiyası haqda bilgilərimizi bölüşərdik. Bu bizim şüurumuzun fırtınası idi. Sonra isə adətən bütün iş məsələlərini, problemləri işdə qoyub restorana yollanardıq. Bu bizim özümüzə ayırdığımız dostluq zamanımız idi. Həyatımızdan danışır, zarafatlaşır, problemləri unutmağa çalışırdıq. İndi düşünürəm ki, həyatda ən dəyərli şey xatirələrimizdir.

- Yəqin 10 il ərzində İv Kusto ilə onlarla dəniz səyahətlərində olmusunuz...

- Ekspedisiyalarımızın öz həzzi vardı. "Kalipso"da olanda çalışırdıq kapitana dincəlmək üçün kifayət qədər zaman təmin edək. Bəzən heç kimlə ünsiyyət qurmadan sadəcə düşünürdü. Siz heç bilirsiniz kapitan Kusto ilə birgə suya dalmaq necə böyük xoşbəxtlikdir?!

- Təsəvvür belə etmirəm.

- Kapitan Kusto ilə sualtı səyahət! 80 yaşı yenicə tamam olmuşdu. Hər dəfə də bizdən icazə istəyirmiş kimi soruşurdu: Sizinlə birgə suya dala bilərəm? Cavabımız eyni olurdu: Rəhbər sizsiniz. Qərarı da siz verin!

Bu cavab onu həmişə sevindirirdi. Uşaq kimi gülümsəyirdi. Biz suyun altında da, üstündə də, torpaqda da həmişə birgə idik. Bu da böyük tarixin sadəcə kiçik parçasıdır. Mənim üçün isə bütün həyatdır.

- Bəzi mənbələrdə oxumuşam ki, Kapitan Kusto "Sualtı dünya"nın gerçəkləşməsini istəyirdi. Bu məlumat nə dərəcədə doğrudur?

- Bu, dəqiq fakt deyil. İndi sizə izah edəcəm. Kapitan Kusto üçün ən vacib element "su və okean" idi. Onun ekspedisiyaları baş tutan dövrdə sualtı dünya hələ çox əsrarəngiz idi. Təbii ki, bu dünyanı kəşf etmək sonsuz həyəcan verirdi. Lakin Kusto müdrik insan idi. Hər şeydən öncə su dünyasını tədqiq edərkən onu qorumaq haqda düşünürdü. İqlim, bioloji müxtəliflik, canlı aləm... O deyirdi ki, sualtı dünyanın ən xırda canlısının da taleyini düşünmədən bütöv dünyanı xilas etmək mümkün deyil. "Ya hamısını qurtaracağıq, ya da heç nəyi xilas edə bilməyəcəyik".

Kapitan Kusto onu da gözəl anlayırdı ki, planetdə baş alıb gedən kasıblığı aradan qaldırmadan bəşəriyyəti xilas etmək mümkün deyil.

- Kusto ilə Fidel Kastronun dostluğu barədə də eşitmişəm.

- Bu dostluğun maraqlı tarixçəsi vardı. Kapitan Kusto Kubada espedisiyada olduğu günlər ərzində Fidel Kastro ilə tanış olur. Hətta onu gəmisinə nahara dəvət edir. Lakin nəzərinizə çatdırım ki, bu dostluq siyasi xarakter daşımırdı. İki insanın qarşılıqlı hörməti və bəzi ümumi maraqlıarından ibarət idi.

- Bu gün planetin yarıdan çoxu Kapitan Kustonun İslam dinini qəbul etdiyini iddia edir. Bu nə dərəcədə dəqiq faktdır?

- Bu məlumat yanlışdır. Jak İv Kusto müsəlman deyildi. İslamı da qəbul etməmişdi.

- Hər birimizin zəif nöqtələri, bacarmadığı möcüzələr var, elə deyil?

- Çox maraqlı məqamdır... Sizə bir sirr açım, sözləri, rəqəmləri, hətta adları yadda saxlamaqda çətinlik çəkirəm. İkincisi isə əl əməyində uğursuzam. Odur ki, əllərimin yerinə beynimi çalışdırıram. Heç vaxt da məni yarı yolda qoymur.

- İnsanı fərqində olmadan mükəmməlləşdirən bir ünsürün adını çəkin.

- Təbii ki, yaşımız. Yaş ötdükcə, bədən haldan düşsə də ruh müdrikləşir. Qocaldığınız üçün üzülməyin. Amma bu hamıya aid deyil

(gülürük)

- Bəs hansı okeanın ruhunu özünüzə bənzədirsiniz?

- Bütün dənizlər, okeanlar mənə çox doğmadır. Suya yaxınlaşdıqca, özümü daha xoşbəxt hiss edirəm. Bu qəribə, bir o qədər də adi duyğudur. Amma bir seçim etmək məcburiyyətindəyəmsə, Aralıq dənizinin adını çəkə bilərəm. Mən Aralıq dənizinin sahilində böyümüşəm. Uşaqlığım, gəncliyim, bütün yaşlarım ona bənzəyir.

- Sizə görə dünyanın birinci problemi nədir?

- Planetin bütün problemləri, dərdləri bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Odur ki, sırf bir element üzərində fokuslanmaq doğru olmazdı. Amma hesab edirəm ki, insanın ən qlobal problemi ətraf mühitdən yanlış istifadə etməsidir. Ekologiyanı belə bərbad hala salan biz insanlarıq.

- Bildiyim qədərilə dəfələrlə Xəzər dənizində olmusunuz. Bakı haqda da film çəkmisiniz. Bu gözəl məlumatı sizdən eşitmək istərdim.

- Dəfələrlə Xəzər dənizinin Azərbaycan sahillərinə səfər etmək imkanım olub. Azərbaycanın sahillərinin həm suüstü, həm də sualtı hissəsini tədqiq etmişəm. Dəfələrlə də bu görüntüləri lentə almışam. Xəzərin sualtı dünyası ilə 20 il əvvəl tanış olmuşam. Təəssüf edirəm ki, nə Fransada, nə də Avropada Azərbaycan yaxşı tanımırlar. 3 ay əvvəl bioloji müxtəliflik haqda filmimin təqdimatı oldu. Təqdimat zamanı qeyri-iradi şəkildə Azərbaycanın qızıl balığı və musiqisi haqda düşündüm. Yenə də deyirəm, ölkəniz haqda məlumat çox azdır. Odur ki, üzvü olduğum "Fransa-Azərbaycan Dialoqu" assosiasiyası ilə razılığa gəldik. Bu razılığa əsasən ölkəniz haqda 26 dəqiqəlik film çəkəcəyik. Filmdə Bakının mədəni və gündəlik həyatı, ətraf aləmə münasibət də təsvir olunacaq. Filmdə bu günədək Xəzər sahilində etdiyim çəkilişlər, mənim şərhlərim də yer alacaq. Hər iki ölkədə çox gözəl təqdimat mərasimi etməyi düşünürük.

- 26 dəqiqə ölkəmizin bütün gözəlliklərini çatdırmasa da, ən azı fransızlarda, xaricilərdə təəssürat formalaşdıracaq. Sizə təşəkkür edirik.

- Əminəm ki, onlar özləri üçün Azərbaycan adlı maraqlı və zəngin ölkə kəşf edəcəklər.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az