
Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kuboku davam edir.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun yarımfinalda rəqibi müəyyənləşib. Fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyana "tay-breyk"də qalib gələrək Teymura rəqib olub.
Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.
Nyus.Az

























