
"Nitsa" heyətini yeni futbolçu ilə gücləndirib.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən müdafiəçi Stenli Nsokini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında müqavilənin müddəti və digər detalları, həmçinin PSJ-yə nə qədər təzminat ödənildiyi açıqlanmır.
20 yaşlı fransalı futbolçu PSJ-nin öz yetirməsidir. O, geridə qalan mövsümdə Paris təmsilçisinin əsas komandasında da xeyli oyun keçirib.
Nyus.Az

























