
PSJ-nin qapıçısı Alfons Areola karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, "Real Madrid" 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. "Kral klubu" artıq fransalı qolkiperi tibbi müayinədən keçirib. Madridlilər Areolanı PSJ-yə keçməyə hazırlaşan Keylor Navasın əvəzləyicisi kimi icarəyə götürməyi planlaşdırır.
2010-cu ildən PSJ-nin şərəfini qoruyan Areolanın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.
Nyus.Az

























