• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-09-2019, 08:34

Hamımızın sağlamlığını təhlükə altında qoyanlar

Hamımızın sağlamlığını təhlükə altında qoyanlar

Ekspertlərin fikrincə, öz mənfəəti üçün ekologiyanı çirkləndirənlərə qarşı sərt tədbirlər görülməlidir

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil", "Elfaro", "Oberluks", "Palma", "Atlant" və "Liverin", Şıx çimərliyi ərazisində isə "Dostluq", "Ramada" istirahət mərkəzləri təmizləyici qurğular istismar edirlər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov avqustun 29-da keçirilən mətbuat konfransında deyib. İdarə rəisi bildirib ki, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da dolayı yolla Xəzərə axıtmaqda davam edir: "Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər".

Bəs görəsən öz mənfəəti uğrunda ekologiyaya zərər vuran şəxslərlə necə mübarizə aparılmalıdır? Bu sahədə hansı işlər görülür?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovla əlaqə saxladıq. O, bizimlə söhbətində bir sıra vacib məqamlara toxundu: "Xəzər dənizinin Azərbaycan akvatoriyasına mənsub olan hissə Yalamadan başlayaraq Astaraya qədər olan 955 km-lik bir ərazini əhatə edir. Bildiyiniz kimi bu əraziyə aid olan Nabran, Sumqayıt, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıxov, Lənkəran-Astara zonalarında yüzlərlə istirahət mərkəzləri və iaşə obyektləri fəaliyyət göstərir. Hətta təbii axarlar və çaylar üzərində də belə istirahət mərkəzləri fəaliyyət göstərir. Hər ilin əvvəlində belə iaşə obyektlərinə lazımı xəbərdarlıqlar edilir. Bu obyektlərin fəaliyyəti nəticəsində yaranan tullantı suları təmizlənərək zərərsizləşdirilməlidir. Çirklənmiş su dedikdə suyun tərkibindəki bağırsaq çöpləri, xəstəlik yaradan bakteriyaların miqdarının normadan artıq olması nəzərdə tutulur. Əgər hər hansı bir obyekt fəaliyyət göstərərək gəlir əldə edirsə, o, ətraf mühitin təmizliyinə də biganə qalmamalıdır. Onların fəaliyyəti nəticəsində formalaşan tullantı və çirkli sular təmizlənərək təbii axarlara, yaxud birbaşa Xəzərə axıdılmalıdır. Həmçinin təmizlənən sudan ağacların suvarılmasında və texniki məqsədlərlə istifadə etmək mümkündür. Amma təəssüflər olsun ki, iaşə obyektləri və çimərliklər ekoloji problemləri nəzərə almırlar və bu məsələdə fəallıq göstərmirlər. Artıq dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət qaneedici deyil. İnsanlar təmiz və ekoloji mühitdə yaşamalıdırlar. Əsas məqsədimiz ətraf mühitə və ekologiyaya vurulan ziyanın qarşısını almaqdır. Tullantı sulardan nümunələr götürüb tərkibinə baxdıqda görürük ki, həqiqətən də suyun tərkibində bağırsaq çöplərinin sayı normadan dəfələrlə artıqdır. Çirkli su Xəzərin flora və faunasına da böyük ziyan vurur və bütövlükdə ekosistemə mənfi təsir göstərir. Çimərliklərdən istifadə edən insanlar, uşaqlar bunun fərqinə varmırlar".

Ekspert deyib ki, çirkli su hər kəsin, xüsusilə uşaqların orqanizminə çox böyük təsir göstərir və müxtəlif xəstəliklər yaranır: "Adətən, mədə-bağırsaq xəstəlikləri yay aylarında geniş yayılır. Ona görə də, vaxtında həyəcan siqnalı çalınmalıdır. Qeyd etdiyim kimi, iaşə obyektlərinin rəhbərləri artıq xəbərdarlıqlara məhəl qoymurlar. Belə olanda, biz, müvafiq qaydada aidiyyəti üzrə vəsatət qaldırmalı oluruq. Bu obyektlər məhkəməyə verilərək cərimə tətbiq olunur. Əslində bizim əsas məqsədimiz cərimə etmək deyil, ekoloji təmiz mühitdə yaşamaqdır. Bu məsələdə hər kəsi prinsipial mövqe sərgiləməyə dəvət edirəm. Sağlam mühitdə yaşamaq hər birimizin haqqıdır. Əslində bu problemi özümüz yaradırıq. Ona görə də, problemi aradan qaldırmaq əsas hədəfimiz olmalıdır. Bu günə kimi görülən işlər nəticəsiz deyil. 10 faiz də olsa öz məqsədimizə nail ola bilmişik. Bioloji təmizləyici qurğular quraşdırılaraq çirkli sular təmizləndi, amma bununla kifayətlənmək olmaz. Bu məsələdə önəmli məqamlardan biri də maarifləndirmə işidir. KİV-lərin ekologiyanın təmiz saxlanılmasında və maarifləndirmə işində xüsusi rolunu qeyd etmək lazımdır. Əgər bu günə kimi nəyə nail olmuşuqsa, bu, mətbuatın dəstəyi ilə olub. Biz səsimizi televiziya və digər media vasitələri ilə ictimaiyyətə çatdırırıq. Düşünürəm ki, maarifləndirmə işi inzibati cərimələrdən daha vacibdir. Bələdiyyələr, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumların da üzərinə böyük iş düşür. Ekologiyanın təmiz saxlanılması onların da vəzifə borcudur. Hər kəs bu qlobal problemlə mübarizə aparmalıdır".

Biologiya elmləri doktoru, professor Rauf Sultanov deyir ki, bu gün dünyada gedən urbanizasiya prosesi və insanların sayının artması müxtəlif ekoloji problemləri günü-gündən artırır: "Bu problemlər artıq qlobal səviyyəyə gəlib çatıb. Dünya miqyası ilə müqayisə etsək, hələlik Azərbaycanda vəziyyət çox da dəhşətli deyil. Amma təəssüf ki, artıq ekoloji problemlər bizdə də geniş yayılmağa başlayıb. Hazırda bu istiqamətdə müxtəlif işlər görülür. Müxtəlif su təmizləyən qurğular istifadəyə verilib. Amma bu qurğular böyük vəsait tələb edir. Ona görə də, bir sıra çimərliklərdə qurğulardan istifadə edilmir. Nəticədə Xəzərin müəyyən hissəsində çirklənmələr qeydə alınır. Son illər bu çirklənmənin həcmi gün-gündən daha da artır. Bunun qarşısını vaxtında almaq lazımdır. Bu sahədə kompleks işlər görülməlidir. Yay aylarında hər kəs çimərliyə üz tutur. Amma bu çimərliklərin təmizlik səviyyəsi heç də qaneedici deyil. Sahil boyu çimərliklərə nəzarət də güclü deyil, çirklənmə daha geniş miqyas alıb. Kütləvi informasiya vasitələrində də bu haqda tez-tez məlumatlar dərc olunur. Çimərliklərimizin əksəriyyəti demək olar ki, ekoloji cəhətdən istifadəyə yararlı deyil. Bir çoxları hətta qadağan olunan ərazilərdə dənizdən çimərlik kimi istifadə edirlər. Düzdür, müəyyən işlər görülür, amma tullantıların və çirklənmənin qarşısında bu, çox cüzidir. Düşünürəm ki, məsələnin həlli üçün qanunvericilik daha da sərtləşdirilməlidir. Öz mənfəəti üçün ekologiyanı çirkləndirənlərə qarşı sərt tədbirlər görülməlidir. Həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Çünki cərimə tətbiq etməklə bunun qarşısını almaq mümkün deyil. Ekoloji təşkilatlar, QHT-lər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə birgə fəaliyyət göstərməlidirlər. Bu elə bir problemdir ki, hər birimizi narahat edir. Bu gün fəaliyyət göstərən çimərliklər sağlamlığımız üçün ciddi təhlükə mənbəyidir. Çünki onlar çirkli suların təmizlənməsində maraqlı deyillər. Ona görə də çimərliklərə xüsusi nəzarət olunmalıdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az