
"Bavariya" futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalayıb.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, R.Levandovski 2014-cü ilin yayından Münhen təmsilçisində oynayır. O, bu mövsüm Bundesliqada 2 matçda 5 qol vurub.
Nyus.Az

























