• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-08-2019, 09:26

FaceApp proqramı hansı məlumatları ələ keçirir?

FaceApp proqramı hansı məlumatları ələ keçirir?

Gənclər arasında kifayət qədər populyarlıq qazanan FaceApp proqramının zərərli tərəfləri bir neçə müddətdir müzakirə olunur.

Proqramın kompüter və smartfonlarda şəxsi məlumatları ələ keçirməsi dünyanın əksər ölkələrində narahatlıq doğurub. Ayrı-ayrı ölkələrin aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən araşdırma mərkəzləri ictimaiyyəti bu proqrama aludə olmamağa çağırıb.

Azərbaycanda da kompüter və smartfon istifadəçilərinin kifayət qədər olduğunu nəzərə alsaq, FaceApp proqramının zərərləri ilə bağlı rəsmi xəbərdarlıqların edilməsi gözlənilməz olmadı. Bu barədə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar etdi.

Nazirlik, ümumiyyətlə, kompüterə və ya smartfona yüklənən proqramlara, o cümlədən brauzerdəki genişləndirmələrə nəzər salmağı, istifadə edilməyən proqramları silməyi tövsiyə edir.

Bildirilib ki, müasir dövrdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və paralel olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətini yaradır.

Qeyd olunub ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir: "Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir".

"Müasir dövrdə gənclər internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan FaceApp mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də AppStore və Google Play-də ən populyar proqramlardan biridir. Təkcə Google Play-də bu proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanın marağına səbəb olur. Populyarlığın əsas səbəbi də budur", - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, insanların fotolarını qocaldan FaceApp proqramı istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır: "Proqram istifadəçilər üçün risklidir. FaceApp istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər. Fotoşəkil və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qalmaq təhlükəsi yaşayır. Proqram yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqlamları bilir. Yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır. Şəxsə aid informasiyaların başına nə gələcəyini, onların kimin əlinə keçə biləcəyini isə yalnız proqramın yaradıcıları bilir".

Bu mənada ABŞ Senatında demokratların lideri Çak Şumer iddia edib ki, FaceApp tətbiqi insanların məlumatlarını üçüncü tərəfə satır.

Proqramın yaradıcısı Yaroslav Qonçarov isə məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib. O bilirib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: "FaceApp üzərində iş görülən fotoların böyük hissəsini "buludlar"da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir".

İddiaların həqiqəti nə qədər əks etdirib-etdirməməsindən aslı olmayaraq FaceApp yaradıcılarının hansı mövqedən çıxış edəcəyini öncədən proqnozlaşdırmaq olardı. Ortada sübut yoxdursa, ictimaiyyəti yalnız təhlükədən xəbərdar etməklə potensial təhdidlərdən sığortalamaq olar. Son qərar isə kompüter və smartfon istifadəçilərinin üzərinə düşür. Lakin qərar verməzdən qabaq bir daha düşünməkdə fayda var.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az