
Belarusda beynəlxalq axtarışda olan azərbaycanlı qadın saxlanılıb.
Bu barədə naviny.by saytı xəbər yayıb.
Bildirilir ki, avqustun 27-də Minsk aeroportunda hüquq-mühafizə orqanları tərəfindən Türkiyəyə uçmağa hazırlaşan iki qadın saxlanılıb.
Onlardan biri 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı, digəri isə 39 yaşlı Azərbaycan vətəndaşıdır.
Hər iki qadın haqqında beynəlxalq axtarış elanı var imiş.
Saxlanılanların adları açıqlanmayıb.
Nyus.Az

























