
Britaniya alimləri alkoqolizmin yeni müalicə üsulunu tapdıqlarını açıqlayıblar.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, britaniyalılar yeni müalicə üsulunu ekstazidən istifadə etməklə həyata keçirib. Eksperimentdə 11 nəfər iştirak edib. Araşdırmaçılar pasiyentlərə 9 ay nəzarət edib. Məlum olub ki, spirtli içkinin mütəmadi istifadəsinə sınaqdan keçirilənlərdən yalnız 1-i qayıdıb. Onlardan 5-i alkoqoldan tam imtina edib, digərləri isə nadir hallarda qəbul edir.
Alimlərin fikrincə, ekstazi asılılıqla mübarizədə digər üsullardan daha effektlidir. Onlar eksperimentdə iştirak edənlərin orqanizmində bunun mənfi təsirini görməyib.
Nyus.Az

























