
Məşhur Hollivud aktyoru Coni Depp və onun keçmiş həyat yoldaşı Ember Herdın sevgi romanı romantik başlasa da, sonluğu heçdə filmlərdəki kimi xoşbəxt sonluqla bitməyib.
Nyus.Az ölkə.az-a istinadən bildirir ki, qalmaqallı şəkildə boşanan cütlüyün işində yeni detallar ortaya çıxıb.
Belə ki, mediada Conni Depin keçmiş həyat yoldaşı Ember Herdin hücumlarının nəticələri olaraq, bir fotoşəkil yayımlanıb. Şəkildə aktyor qara eynəkdə, barmağı sarıqlı və yanağında ləkə ilə xərəkdə uzanıb. Aktyorun iddiasına görə, bu vəziyyətə onu keçmiş arvadı salıb.
Belə ki, 2015-ci ildə cütlük Avstraliyadakı evlərində olanda Ember evlilik müqaviləsi imzalamağın lazım olduğunu bildikdən sonra qəzəblənib.O, əlindəki şüşəni aktyora atıb. Atılan şüşə Depin barmağını kəsib.
Bununla da hirsi soyumayan aktrisa əlindəki siqareti Depin yanağında söndürüb.
Qeyd edək ki, cütlüyün boşanma səbəbi Emberin həyat yoldaşının məişət zorakılığı ilə ittiham etməsi olub. Depp isə onu yalançı adlandıraraq, əksinə keçmiş arvadı tərəfindən zorakılığa məruz qaldığını deyib.
Hazırda aktyor Emberi məhkəməyə verməyə hazırlşır. Depp təzminat olaraq 50 milyon dollar tələb edir.
Nyus.Az

























