
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" qapıçı transferinə hazırlaşır.
Nyus.Az komanda.az-a istinadən xəbər verir ki, son Azərbaycan çempionu İtaliya A Seriyasında mübarizə aparan "Udineze"nin qolkiperi Simone Skuffetlə yaxından maraqlanır. "Köhlən atlar"ın italiyalı qapıçıya ilk təklifi göndərdiyi bildirilir. Futbolçunun yaxın günlərdə bu təkliflə bağlı yekun qərarı verəcəyi gözlənilir.
2013-cü ildən "Udineze"nin əsas heyətində çıxış edən 23 yaşlı qapıçı, son mövsümü icarə əsasında Türkiyənin "Kasımpaşa" klubunda keçirib. Onun İtaliya klubu ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Nyus.Az

























