• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 02-09-2026 Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
  • 02-09-2026 Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
  • 02-09-2026 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin vətəndaşlara hansı təsiri var? - VİDEO
  • 02-09-2026 Metro təmirinə görə istifadəyə verilən ekspres avtobuslar sərnişinləri qane edir? - VIDEO
  • 02-09-2026 Azərbaycanda zəlzələ oldu
  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
24-07-2019, 08:20

Onkoloji xəstəliklərin müalicəsində yeni metodun hansı əhəmiyyəti var?

Onkoloji xəstəliklərin müalicəsində yeni metodun hansı əhəmiyyəti var?

Mütəxəssislər bu sahədə yaradılan istənilən metodu mühüm addım kimi qiymətləndirirlər

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb. Trend-in məlumatına görə, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir.

İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib: "Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var".

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə işləyib hazırladığı süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".


O.Qasımov bildirib ki, bu gün tibdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

Günümüzdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artır. Ölkəmizdə hər il 1100-ə yaxın insana xərçəng diaqnozu təyin edilir. Əlbəttə, ilkin diaqnoz xəstəliyin müalicəsi baxımından çox önəmlidir. Amma təəssüflər olsun ki, hər kəs bu xəstəliklə sonuna qədər mübarizə aparmağı bacarmır. Bəs görəsən yeni metod xəstəliyin müalicəsində hansı töhfələri verəcək?

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, onkoloji xəstəlikləri müəyyən edən müjdəçi simptomlar hələlik konkret deyil: "Halsızlıq, qanda hemoqlobinin aşağı düşməsi, müxtəlif dərəcəli ağrılar onkoloji xəstəliklərin simptomları kimi qeyd olunur. Amma bu, dəqiq diaqnoz qoymaq üçün kifayət etmir. Çünki sadaladığım simptomlar başqa xəstəliklərin də əlaməti ola bilər. Yəni bu elə bir xəstəlikdir ki, birmənalı olaraq onun əlamətlərini təyin etmək olmur. Spesifik zülallar və proteinlər var ki, onkoloji xəstəliklər zamanı onların miqdarı artır. Onların monitorinqinə əsasən xəstəliklərin dinamikası ilə bağlı nəzarət həyata keçirilir. Amma hətta bu da dəqiq göstərici demək deyil. Təəssüflər olsun ki, hələlik bu xəstəliyin birmənalı həlli yoxdur. Tibb sahəsində bununla bağlı böyük tədqiqatlar və araşdırmalar edilir. Bədəndə onkoloji fona gətirib çıxaran səbəblərin müəyyən edilməsi, xərçəng əleyhinə müdafiə sisteminin pozulması səbəbləri, eyni zamanda ilkin əlamətlərin müəyyənləşdirilməsi sahəsində müxtəlif işlər görülür. Təəssüflər olsun ki, ən müasir metodlar belə bəzi onkoloji xəstəliklərin qarşısında çarəsizdir. Vaxtında aşkar edilə bilməyən onkoloji xəstəliklər çoxdur. Bu mənada yeni yaradılan və təklif edilən müalicə metodları xüsusi əhəmiyyətə malikdir. İstər diaqnostikada, istərsə də monitorinqdə yeni metodlardan istifadə böyük əhəmiyyət daşıyır. Ona görə də hesab edirəm ki, bu sahədə yaradılan istənilən metod mühüm addım kimi qiymətləndirilməlidir. Xərçəng xəstəliyinə orqanizmin hər yerində təsadüf etmək olar. Biz həmişə dolayı əlamətlərə əsasən diaqnoz qoyuruq. Bəzən hətta ən sadə üsullar da xəstəliyin müalicəsində mühüm rol oynayır".

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirdi ki, yeni metod bu sahədə müxtəlif irəliləyişlərə səbəb ola bilər: "Hazırda onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Bölgələrdə yaşayan insanlar isə hər dəfə mərkəzə gedə bilmirlər. Amma onkoloji xəstələr daim nəzarətdə olmalıdır. Xəstəliyin gedişatından asılı olaraq 3, 6 aydan bir, yaxud ildə bir dəfə mütləq həkim müayinəsi olmalıdır. Bu xəstəliyin ən əsas problemi gecikmə ilə bağlıdır. Erkən diaqnoz xəstəliyin müalicəsində böyük əhəmiyyət daşıyır. Yəqin ki, süni intellektlə müalicə metodu həkimlə xəstə arasındakı münasibətləri daha yaxşı nizamlayacaq. Bu elə bir xəstəlikdir ki, ilk aşkarlandığı dövrdən sonrakı bir neçə il ərzində daimi nəzarətdə olmalıdır. Ümid edirəm ki, yeni metod laborator müayinələr və digər məsələlərlə bağlı daha sadə həll yolları təklif edir. İstənilən halda xərçəng xəstəliyinin müalicəsi ilə bağlı yeni metodun kəşf edilməsi müsbət addım kimi qiymətləndirilməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az