
Moskvanın "Vnukovo" hava limanında insident baş verib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə reysinə gecikən iki şəxsdən biri "Pobeda" aviaşirkətinin əməkdaşını döyüb. Buna səbəb onun onlara təyyarəyə çatmaları üçün köməklik göstərməməsi olub.
Kəllə-beyin travması alan aviaşirkət əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nyus.Az

























