
Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.
Nyus.Az “Report”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Sabah”la razılıq əldə edib. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam Bakıya gələcək..
Qeyd edək ki, Hendrik “Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub.
Nyus.Az

























