
"Benfika"nın hücumçusu Joau Feliş "Atletiko"ya keçib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Lissabon təmsilçisi bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat alıb.
Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 qol ötürməsi edib.
Nyus.Az

























