• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-06-2019, 00:24

Süni intellekt insanlardan irqçilik və seksizm öyrənir

Süni intellekt insanlardan irqçilik və seksizm öyrənir

İnternetdə aparılmış analiz işləri göstərir ki, süni intellekt insanlardan təkcə dilin formal strukturunu deyil, həm də dil stereotiplərini mənimsəyə bilir. Yeni tədqiqatın nəticələrinə əsasən, süni intellektli robotlar insanlardan irqçilik və seksizm öyrənir. İnsandan fərqli olaraq süni intellektin məsələləri daha rasional həll etdiyi və daha doğru qənaətlərə gəldiyi hesab edilir. Böyük həcmdə məlumat təkmilləşdirən kompüterlərin alqoritmləri ciddi məntiq qaydalarına uyğun olaraq yaradılıb və hər hansı emosiyaya tabe deyil. Bu, bir çox sahədə lazımi nəticələr təmin edir.

Nyus.Az yasilelm.com-a istinadən bildirir ki, məsələn, IBM Watson superkompüteri tibbi ədəbiyyat analizinə əsaslanaraq, ağ ciyər xərçəngi olan pasientlərin 90%-ə düzgün diaqnoz qoymağı bacarıb. Halbuki həkimlərin test nəticəsi 50% idi. Son tədqiqatlarsa göstərir ki, süni intellekt də insana xas yanlış davranışlardan sığortalanmayıb. Məsələ burasındadır ki, süni intellektin öyrəndiyi materiallar insanlar tərəfindən hazırlanıb. Sıravi istifadəçi belə internetdə adi axtarış apararaq süni intellektin "müəllimi" rolunu oynaya bilər. Süni intellekt sistemləri qarşısındaki əsas vəzifələrdən biri budur ki, kompüter ona verilmiş əmrləri təkcə formal dillərdə (proqramlaşdırma dilləri kimi) deyil, eləcə də təbii dildə, insanların bir-biri ilə ünsiyyətdə olduğu dildə başa düşsün. Belə addım sayəsində maşın tərcüməsi, axtarış sistemləri fəaliyyəti, avtomatik mətn generasiyası və s. təkmilləşə bilir.


Süni intellekt sistemlərinin öyrədilməsi üçün kompüter linqvistikası mətn korpuslarından (müəyyən qaydalara uyğun olaraq seçilmiş və bərpa olunmuş mətn toplusu) faydalanır. "Canlı" dilin ən əlçatan mənbələrindən biri internet olduğu üçün dilşünaslar tez-tez internet-korpuslardan istifadə edir. Buraya sosial şəbəkələr, bloqlar və müxtəlif xəbər portallarının mətnləri daxildir. Əsasən qadınlara aid olan adların axtarışı.

Yeni araşdırmanın müəllifləri belə qənaətdədir ki, süni intellekt nəinki təbii dilin strukturunu mənimsəyir, hətta tarix boyu insan dilinə oturuşmuş semantika xüsusiyyətlərini də qavrayır. Prosesdə alimlər bir-biri ilə assosiativ əlaqələri olan sözlərin statistikasını təşkil edən GloVe alqoritmindən yararlanıblar: mətnlərdə bir-birindən az məsafədə aralı iki söz nə qədər tez qarşılaşırsa, bir-biri ilə bir o qədər tez assosiasiya olunurlar. Belə ki, adıgedən alqoritm 840 milyard sözdən ibarət internet mətnlərin korpusunu təhlil edib. "Qızılgül" və "qızçiçəyi" kimi gül adlarının "nəvaziş" və "sevgi" kimi müsbət anlayışlarla əlaqəli olduğu məlum olub. Həmçinin həşərat adları "çirkin" və "eybəcərlik" kimi mənfi çalarlıq daşıyan sözlərlə assosiasiya olunub. Daha sonra isə alimlər xoşagəlməz nəticə ilə qarşılaşıblar. Avropalı və afrikalı mənşəyə sahib amerikalılara aid adların bazasına girişi təmin olunan süni intellekt avropalıları daha çox "ailə", "dost", "xoşbəxtlik" kimi sözlərlə müqayisə edib, afroamerikalıları isə "kasıblıq", "həbsxana", "qatil" sözləri ilə əlaqələndirib.

Bununla yanaşı süni intellekt kişi adlarının daha çox "mütəxəssislik", "qazanc" kimi karyera anlayışları ilə, qadın adlarının isə "analıq", "toy" sözləri ilə assosiativlik təşkil etdiyini bəlli edib. Ənənəvi qadın adlarının peşələrlə əlaqəsi - ən nadirindən ən geniş yayılmışına qədər. Tədqiqatçılar qeyd edir ki, süni intellekt sistemləri təkcə stereotipləri müəyyən etməklə kifayətlənmir, həm də bunlarla əlaqəli ifadələri öz hazırladığı materiallarda istifadə edir. Məsələn, Google Translate türk dilindəki bərabər cinsli "O" əvəzliyini peşə nöqteyi-nəzərdən tərcümə edir: "he is a doctor" - "o bir doktor" (o, həkimdir) deməkdir, "she is a doctor" - yenə "o bir doktor" mənasını verir. "O bir hemşire" isə "she is a nurse" (o, tibb bacısıdır) kimi tərcümə olunur. Xatırladaq ki, eyni problemli vəziyyətə azərbaycan dili tərcüməsində də rast gəlinir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az