
Öz xəritələrinizi düzəltməklə yanaşı meydana gətirdiyiniz xəritələrin üzərinə qeydlər almağınızı, yollar təyin etmənizi və bu xəritələri paylaşmanızı təmin edən, səyahət etməyi sevənlərin həyatını asanlaşdıracaq tətbiq My Maps var.
My Maps tətbiqi, öz xəritələrinizi yarada biləcəyiniz bir tətbiq olaraq qarşımıza çıxır. Təbii ki "xəritə yaratmaq" anlayışı çox geniş olduğu üçün tətbiqin sizə təqdim etdiyi imkanlar da bir xeyli genişlənir. Tətbiqi araşdırarkən əvvələ "Google xəritələrdən nə fərqi var ki?" demiş olsaq da, çox fərqinin olduğunu və səyahət edənlərin bundan sonra ən çox istifadə edəcəyi tətbiqlərdən olacağını indidən söyləyə bilərik.
Səyahət edərkən əvvəldən planlaşdırmaq zaman rəhbərliyinizi asanlaşdırır. Bu sayədə eyni zaman kəsiyində daha çox fəaliyyət sıxışdıra bilərsiniz. Tətbiq bu zaman rəhbərliyini sizlərə təmin edərkən eyni zamanda həmişə yanınızda olan bir xəritədən fərqsiz olaraq funksiya görür. Başqa bir deyişlə My Map tətbiqi sayəsində yalnız kompyuteriniz deyil, eyni zamanda planşetiniz və kompyuteriniz üzərindən də tətbiqə giriş təmin edə bilirsiniz. Bəs, tətbiqin nə kimi xüsusiyyətləri var?
Tutaq ki, bir yerə getdiniz və oranı bəyəndiniz. Təbii ki, bura bir restoran ya da mağaza olmaya da bilər. Bilmədiyiniz bir sahildə gedərkən "Buranın mənzərəsi çox gözəlmiş" deyə düşünsəniz, bu tətbiq sayəsində olduğunuz nöqtəni yazıb "Mənzərə" şəklində də qeyd ala bilərsiniz. Ya da bir restorana getdiyinizdə orada nəyi bəyəndinizsə, onu da qeyd olaraq əlavə edə bilərsiniz.(milli.az)
Nyus.Az

























