
"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri "Yuventus"a keçməyə yaxındır.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə italiyalı məşqçiyə çox yaxın olan jurnalist Alfredo Pedulla açıqlama verib. O, rəhbərliyin Sarrini Turin klubuna buraxmağa razı olduğunu bildirib.
Qeyd edək ki, "Çelsi" Mauritsio Sarrinin debüt mövsümündə Premyer Liqada 3-cü və Avropa Liqasının qalibi olub.
Nyus.Az

























