• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-05-2019, 08:40

Orucun fəlsəfəsi - təqva

Orucun fəlsəfəsi - təqva

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız" (Bəqərə, 183).

Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi deyil ki, oxuduğunuz məqalədə biz də məhz bu ayənin bəzi özəllikləri üzərində durmağı qərara aldıq.

Nyus.Az islam.az-a istinadən bildirir ki, ayənin təfsiri barədə deyiləsi məqamlar həddən artıq genişdir. Qısaca bunu deyə bilərik ki, ayənin oxunuşu zamanı bu dörd əsas məqam diqqətimizi cəlb edir:

Birincisi, ayə "ey iman gətirənlər!" xitabı ilə başlayır. Yəni "iman gətirmiş" adını daşımaq və bu ada layiq olmaq üçün ayənin göstərişinə əməl etmək, yəni oruc tutmaq lazımdır.

İkincisi, oruc hökmü İslamdan əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu gün də səmavi dinlərin ardıcılları oruc tuturlar. Doğrudur, onların orucu müsəlmanların orucundan fərqlidir, amma bəzi alimlər bu fərqliliyin sonralar təhrif nəticəsində yarandığını iddia edirlər. Hər halda, Allah bütün peyğəmbərlərinə insanları oruca çağırmağı əmr etmişdir (oruc qaydalarında şər'i fərqlər olsa belə).

Üçüncüsü, oruc müsəlmanlara vacibdir, Quran təbiri ilə desək, onlara "yazılmışdır". Buradakı "yazılmışdır" ifadəsi "fərz (vacib) edilmişdir" kimi qəbul olunur.

Nəhayət, dördüncüsü və ən mühümü, oruc tutmağın əsas fəlsəfəsi insanları təqvaya doğru yönəltməkdir. Oruc tutmağın əsas məqsədi nə bədəndəki artıq piyləri əritmək, nə acların halını duymaq, nə fiziki məhrumiyyətlərə qarşı dözüm əldə etməkdir. Bunlar əslində orucun nəticələridir. Eyni zamanda, bunlar əslində təqvanın ayrı-ayrı tərkib hissələri, şöbələridir. Orucun hər bir fiziki və mənəvi faydası insanı əsas hədəfə - təqvaya doğru aparır.

Müsəlman oruca başlayarkən "qürbətən iləllah", yəni Allaha yaxın olmaq, Onun razılığını qazanmaq, Onun tapşırığını yerinə yetirmək niyyəti edir. Amma Allah üçün edilən hər bir ibadətin ilk növbədə bizim özümüzə xeyri var. Allahın heç nəyə ehtiyacı yoxdur, bizim ibadətlərimizə də həmçinin. Onun buyurduğu hər nəyi ediriksə, yalnız dünyada və axirətdə özümüzə xeyir qazandırmış oluruq. Bu xeyirin başında isə təqvalı olmaq durur. Təqva - Allahın əmr və qadağanlarına əməl etmək, haramlardan çəkinmək, hər an ilahi qüvvənin nəzarəti altında olduğumuzu anlamaq, əməllərimizə məsuliyyətlə yanaşmaq, hər bir pis əməlimizə görə cavab verəcəyimizi düşünmək, hər kəsin haqqını verməyə, heç kimə təcavüz etməməyə çalışmaq deməkdir. Bütün xeyir əməllərin kökündə təqva durur. İbadətlər, savablar təqva ilə həyata keçir. Günahlar təqva üzündən tərk edilir. Nəfslə mübarizə əslində təqvanı möhkəmləndirmək deməkdir.

Oruc tutan adam nəinki haramlardan, hətta başqa vaxtlar ona halal edilmiş nemətlərdən belə, çəkinir. Oruc tutan adam səbrli, güzəştli, barışqan olur. Oruc tutan adam öz nəfsi üzərində hakimiyyət qazanır, ac ikən yeməməyin, susuz ikən içməməyin qələbəsini və təntənəsini duyur. Oruc tutan adam bir ay boyunca acların, kasıbların, məhrumların vəziyyətini canlı olaraq hiss edir. Oruc tutan adam qalan 11 ayda Allaha daha yaxşı ibadət edə bilmək üçün bədənini artıq piylərdən təmizləyir. Oruc tutan adam yalnız mədəsini yeməkdən deyil, gözünü harama baxmaqdan, qulağını yalan və qeybət eşitməkdən, dilini söyüş söyməkdən, əlini günah etməkdən, ayağını haram dalınca getməkdən çəkindirir. Bütün bunların kökü, məğzi təqvadan ibarətdir. Dözümlü insan, mərhəmətli insan, səbrli insan, sağlam insan, nəfsini cilovlaya bilən insan, günahdan çəkinən insan... Bunların hamısı birləşib bir obrazı - Təqvalı İnsan obrazını yaradır.

Oruc tutan şəxsin bütün davranışı təqva üzərində qurulur, təqvanı möhkəmlətməyə xidmət edir. Bir şərtlə ki, tutduğu oruc yuxarıdakı şərtlərə cavab versin. Bu şərtləri kim daha dəqiq yerinə yetirirsə, deməli, təqvası daha çoxdur. Və deməli, tutduğu oruc daha düzgün, Allaha daha layiq və Allah dərgahında daha məqbuldur.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az