• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-05-2019, 01:13

İki tikə quru çörəyin bərəkəti

İki tikə quru çörəyin bərəkəti

Mərhum Şeyx Səduq "Əmali" kitabında rəvayət edir ki, bir nəfər İmam Zeynül-abidinin (ə) yanına gəldi. İmam onun fikirli olduğunu görüb səbəbini soruşdu. O adam dedi ki, 400 dinar borcum var, ailəm də böyükdür, evə çörək aparmağa pulum yoxdur.

İmam bu sözləri eşidəndə şiddətlə ağladı. "Niyə ağlayırsan, ey Allah Rəsulunun övladı?" - deyə soruşdular. Cavab verdi: "Bir mömin üçün bundan böyük dərd olarmı ki, öz mömin qardaşının çətinlik içində olduğunu görsün, amma ona yardım etməyə imkanı olmasın?".

Nyus.Az islam.az-a istinadən bildirir ki, camaat o həzrətin hüzurundan dağılışıb getdi. Əhli-beytlə düşmən olan bir nəfər adamların arasında belə bir şayiə yaymağa başladı: "Bunlar (yəni imamlar) necə adamdır? Gah deyirlər ki, göylərin və yerin ixtiyarı bunlara aiddir və istədiklərini Allah onlara verir. Gah da yanlarına xahişə gələndə acizliklərini etiraf edib söyləyirlər ki, imkanımız yoxdur". Söz-söhbət İmamın yanına gələn həmin adamın da qulağına çatdı. Bir daha o həzrətin hüzuruna gəldi və dedi: "Sizin haqqınızda bu cür sözlər danışırlar. Bu sözləri eşitmək mənim üçün öz dərdimdən də betərdir".

İmam xidmətçisinə buyurdu ki, mənim obaşdan və iftar yeməyimi gətir. (Həmin günlərdə İmam oruc tuturmuş). Xidmətçi iki tikə quru çörək gətirdi. İmam Zeynül-abidin (ə) çörəkləri o adama verib dedi: "Bunları götür, bundan başqa heç nəyim yoxdur. Allah sənin çətinliyini bu yolla həll etməyə mənə icazə verib. Bu çörəklərin vasitəsilə işin düzələcək və çox böyük sərvətə sahib olacaqsan".

O adam çörəkləri götürüb çıxdı. Yolda şeytan ona vəsvəsə edirdi ki, iki tikə quru çörəklə nə edəcəksən, bunlar sənin nəyinə lazımdır? Amma o, şeytanın vəsvəsələrinə uymadı, şübhələri özündən uzaqlaşdırdı. Bazara sarı getdi, yolunun üstünə balıq satan bir adam çıxdı. Satıcının bir balığı qalmışdı, amma balığı alan yox idi. Çörəklərin sahibi balıqçıya dedi: "Sən öz balığını sata bilmirsən, mən də öz çörəyimi. Bəlkə bunları dəyişdirək?". Balıq satan da razı oldu, balığı o adama verib çörəyin birini aldı.

Çörək sahibi bazardan çıxanda duz satan bir nəfərlə qarşılaşdı, o da öz duzunu satıb qurtara bilmirdi. Razılaşıb çörəklə duzu dəyişdirdilər. O adam balıqla duzu gətirib evə gəldi. Düşünürdü ki, özü də, ailəsi də balığı duzlayıb yesinlər. Balığın qarnını təmizləmək üçün bıçaqla yardı, bir də gördü ki, balığın qarnında iki ədəd iri cəvahirat var. Sevincək halda bahalı daşları çıxardı.

Qəfildən qapı döyüldü. Qapını açanda gördü ki, bayaq çörək verib balıq və duz aldığı adamlar onun evini axarıb tapıblar. Onlar çörəklərin hər ikisini qaytarıb dedilər: "Qardaş, bu çörəklər o qədər qurudur ki, nə özümüz, nə də ailəmiz bunları yeyə bilmir. Sən yəqin ki, ehtiyac üzündən bu quru çörəkləri satmağa məcbur olmusan. Çörəkləri geri al, sənə verdiklərimizi də halal edirik". Bunu deyib getdilər.
Bir az sonra yenə qapı döyüldü. Ev sahibi qapını açıb gördü ki, İmam Zeynül-abidinin (ə) xidmətçisidir. Xidmətçi dedi: "Ağam buyurur ki, Allah sənin çətinliyini həll etdi. Indi sən də mənim çörəklərimi qaytar, çünki bu çörəkləri məndən başqa yeyən olmaz".

Həmin adam İmamın çörəklərini xidmətçiyə verdi, özü isə cəvahiratı satıb borcunu qaytardı, qalan pulla öz güzəranını qurdu.

Əhli-beytin düşməni olan o biri adam hadisəni eşidəndə yenə aranı qarışdırmağa çalışdı: "Bunlar (imamlar) nə qəribə adamlardır! Başqalarının varlanmasına kömək edirlər, amma özləri yarıac-yarıtox yaşayırlar". İmam bu sözü eşidəndə buyurdu: "Vaxtilə Qüreyş müşrikləri də Peyğəmbərə bu cür irad edirdilər. Deyirdilər ki, O, bir gecəyə nəhəng məsafə qət edib Məkkədən Beytül-müqəddəsə gedir, amma Məkkədən Mədinəyə kimi olan qısa yolu 12 günə başa vurur. Bunlar Allahın işlərini və Allah dostlarının başına gələnləri anlamağa qadir deyillər. Ucalıq yalnız Allaha təslim olmaqla, Onun müqəddəratını qəbul etməklə və Onun buyurduqlarına razı olmaqla əldə edilər. Allahın dostları bəlalara və çətinliklərə səbr edərlər, başqalarının buna dözümü çatmaz. Allah bunun əvəzində onların bütün istəklərini yerinə yetirər, amma onlar da Allahın istədiyndən başqa bir şey istəməzlər".
(Şeyx Səduq. Əmali, 69-cu məclis, 3-cü hədis).

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az