
İngiltərə Premyer Liqasının 37-ci mərhələsi çərçivəsində "Mançester Siti" "Lester"i qəbul edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Mançesterdə keçirilən oyununda yəganə qolunu Vensan Kompani vurub (70-ci dəqiqədə).
"Mançester Siti" bu qələbəsindən sonra xallarının sayını 95-a çatdıraraq turnir cədvəlində ilk pilləyə yenidən qayıdıb və "Liverpul"- dan bir xal irəlidədir.
"Lester" 51 xalla doqquzuncu yerdədir.
Nyus.Az

























