
"Ayaks" futbol klubu UEFA Çempionlar Liqasının yarımfinalında səfərdə "Tottenhem"ə qalib gəlib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Londonda keçirilən oyunda bir qol vurulub. Fərqlənən Donni van de Bek olub (15-ci dəqiqə).
Qeyd edək ki, cavab qarşılaşması mayın 8-də keçiriləcək. Hər iki oyunun nəticəsinə əsasən qalib komanda "Barselona" - "Liverpul" cütlüyünün qalibi ilə finalda görüşəcək.
Nyus.Az

























