
Aprelin 27-si Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 5 topla qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, finala Rusiya (26.050 bal), Yaponiya (24.900 bal), Belarus (24.500 bal), Ukrayna (24.050 bal), Bolqarıstan (23.550 bal), Finlandiya (22.500 bal), Özbəkistan (22.500 bal) və İsrail (21.750 bal) yüksəliblər.
Azərbaycan komandası 15.750 bal toplayaraq finala yüksələ bilməyib.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.
Nyus.Az

























