
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılan Slaven Biliç yenidən milli komandada çalışa bilər.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Şotlandiya Futbol Federasiyası xorvatiyalı mütəxəssislə danışıqlara başlayıb. Biliçlə yanaşı Devid Moyes, Canfranko Zola, Stiv Klerk də namizədlər arasındadır.
Qeyd edək ki, Şotlandiya yığması bir neçə gün əvvək Aleks Maklişi istefaya göndərib.
Nyus.Az

























