
Türkiyəli aktrisa Aslı Enverin arxiv fotoları yayılıb.
Nyus.Az ölkə.az-a istinadən bildirir ki, Murat Boz ilə yaşadıqları enişli çıxışlı eşq həyatları ilə çox danışılan Aslı Enverin plastik əməliyyatsız halı sosial mediada bomba təsiri yaradıb.
Reytinqləri alt üst edən "İstanbullu Gelin" serialı ilə gündəmdən düşməyən Aslı Enverin əvvəlki görünüşü təəcüblə qarşılanıb.
Aktrisanın instaqram səhifələrinin birində paylaşılan arxiv fotosu izləyicilər arasında söz-söhbətə səbəb olub. Enverin plastik əməliyyatdan əvvəl çəkilmiş fotolarına yüzlərlə şərh yazılıb.
Nyus.Az

























